BMT rəsmisi: 3.5 milyard insan lazımi sanitariya şəraiti olmadan ömür sürür

BMT rəsmisi: 3.5 milyard insan lazımi sanitariya şəraiti olmadan ömür sürür
17.05.2026 17:07 Xarici siyasət

“Dünyada milyonlarla insan plansız və qeyri-qanuni salınmış qəsəbələrdə fundamental xidmətlərdən uzaq şəkildə yaşayır. Bu problem artıq sadəcə bir resurs çatışmazlığı deyil, birbaşa mənzil və insan ləyaqəti məsələsidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə BMT-nin Su üzrə xüsusi elçisi Retno Marsudi deyib.

BMT rəsmisi çıxışında qlobal urbanizasiya tempinin gətirdiyi humanitar çətinliklərə və su böhranına diqqət çəkib:

“Hazırda dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstərici 70%-ə çatacaq. Bu gün dünyada 2.2 milyarddan çox insan təhlükəsiz içməli sudan məhrumdur, 3.5 milyard insan isə lazımi sanitariya şəraiti olmadan ömür sürür. Şəhərlərdə su çatışmazlığı çəkənlərin sayı 2000-ci ildən bəri 50%-dən çox artıb”.

İqlim dəyişikliyinin şəhərlər üzərindəki təzyiqi daha da artırdığını, daşqınların və quraqlığın xüsusilə az gəlirli icmaları təhdid etdiyini bildirən Retno Marsudi, şəhərsalma siyasətində suya həssas yanaşmaların tətbiq edilməməsinin böyük iqtisadi fəsadlara yol açacağını vurğulayıb:

“Lazımi tədbirlər görülməsə, qlobal iqtisadiyyat 2050-ci illa qədər öz ÜDM-nin 18%-ə qədərini itirə bilər və bu itkilərin əsas hissəsi məhz şəhər ərazilərinin payına düşəcək”.

Şəhərlərin dayanıqlı gələcəyi üçün qlobal birliyə çağırış edən xüsusi elçi bəyanatını bu sözlərlə tamamlayıb:

“Bu gün bizim qarşımızda duran sual budur: biz nə etməliyik? Cavab çox aydındır: mənzil siyasəti artıq su siyasətindən ayrı şəkildə layihələndirilə bilməz”.

Qiymət Mahir

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 All News