Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi

Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi
28.05.2025 09:16 Xarici siyasət

Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli rəsmi qəbul keçirilib. 

TodayPress TV xəbər verir ki, qəbulda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, 107 il əvvəl müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın - Azərbaycan Demokratik Respublikasının (ADR) əsasının qoyulduğunu bildirib.

Qeyd edib ki, ADR-in yaranması imperiyaların çökdüyü təlatümlü bir dövrə təsadüf edib. Böyük daxili və xarici çağırışlara baxmayaraq, Azərbaycan Demokratik Respublikası səmərəli dövlət institutları yaratmağa, insan hüquqlarının təmin edilməsinə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa nail olub. 

Səfir qeyd edib ki, Azərbaycanın müstəqilliyi məhz Paris Sülh Konfransında de facto tanınıb.

Qısa müddət ərzində ADR dövlət, kimlik və demokratiya quruculuğu prosesində böyük uğurlar qazanıb. Ancaq 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan elə ilk günlərdən çətinliklərlə üzləşdi. Azərbaycan təlatümlü illər yaşadı və dövlətçiliyini qoruyub saxlamaq uğrunda mübarizə aparmağa məcbur oldu.

Hərbi təcavüzlə üzləşəmiş ölkə yeni bərpa edilmiş müstəqilliyini itirmək ərəfəsində idi. Məhz bu çətin anda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiya müstəqil Azərbaycanı dinamik iqtisadi inkişafa malik müasir dövlətə çevirdi.

Bu gün Azərbaycan Respublikası enerji, infrastruktur və nəqliyyat sahələrində bir sıra təşəbbüslərin fəal iştirakçısından ilhamlanmış təşviqatçıya çevrilib və bir sıra qlobal platformalara ev sahibliyi edibdir.  “Beynəlxalq nizamın dönüş nöqtəsindəyik.

Təəssüf ki, münaqişələr bu gün də fəsadlar törətməkdə davam edir. Bu narahat dünyada Azərbaycan regionda sülh və davamlı inkişaf üçün çalışır. Torpaqlarımızın azad edilməsi, bütün ərazimiz üzərində suverenliyin bərpası yeni reallıqlar yaratdı.

Bu, bütün Qafqaz regionu üçün yenilikdir. Sülh quruculuğu, barışıq və regionun yenidən qurulması dövrünə qədəm qoyuruq. Üzərini qara buludlar bürümüş Qarabağımız indi gələcəyə böyük ümidlə baxır”, - deyə səfir Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işlərindən söz açıb.

Diplomat ölkəmizdə həyata keçirilən “Böyük Qayıdış”dan, yüzlərlə ailənin doğma torpağına dönüşündən danışıb.

Bildirib ki, 750 min məcburi köçkünün geri qayıtması üçün hələ çox böyük işlər görülməlidir. Ancaq ən vacib məsələ Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaqdır.

Ölkəmizdə sülhün, harmoniyanın dəyəri aydın dərk edildiyi üçün Azərbaycan Prezidenti Ermənistanla sülh prosesinə başladı və 2022-ci ildə Ermənistana sülh müqaviləsinin ilk layihəsini təqdim etdi. 

Səfir L. Abdullayeva Bakı və İrəvan arasında sülh müqaviləsinin yekunlaşması ilə bağlı ümidverici bəyanatlara toxunaraq, iki ölkə arasında razılaşmanın təzyiq altında və ya xarici qüvvələrin təsiri altında deyil, məhz iki ölkə arasında birbaşa razılaşmanın nəticəsi olduğunu vurğulayıb. 

Rəsmi qəbulda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan - UNESCO əlaqələri tamamilə yeni dinamika almasından, əməkdaşlığın inkişafından UNESCO-nun məqsəd və prinsiplərinə sadiq olaraq, təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini davam etdirən Azərbaycanın təşkilatın ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilməsindən, ölkəmizin təşkilata verdiyi töhfələrdən söz açıb. 

Səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev Azərbaycanın müstəqilliyinin bərpasında Silahlı Qüvvələrin rolundan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açıb. 

Rəsmi qəbulda Parisdəki diplomatik korpusun üzvləri, elm və incəsənət xadimləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.  Rəsmi qəbul həzin Azərbaycan müsiqisi altında davam edib.

FOTOLAR

Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi — 1
Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi — 2
Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi — 3
Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi — 4
Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirildi — 5
XƏBƏR LENTİ
16 IYUN 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Bütün Xəbərlər