Baş prokuror Yuri Jdanovla görüşdü

Baş prokuror Yuri Jdanovla görüşdü
21.08.2025 15:00 Xarici siyasət

Baş prokuror Kamran Əliyev MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri Nikolayeviç Jdanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Yuri Nikolayeviç Jdanov bu ilin 22 avqust tarixində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Səfər çərçivəsində Kamran Əliyev ilə Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.

Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddət ərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq, bunun qurumlararası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Jdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiv iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.

Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri müzakirə edilib.

FOTOLAR

Baş prokuror Yuri Jdanovla görüşdü — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Bütün Xəbərlər