Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi

Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi
22.06.2026 22:10 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında iştirak edən Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Mərakeş arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələr, xüsusilə siyasi sahədə uğurla inkişaf edir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığı qeyd edilib. S.Qafarova Mərakeşə rəsmi səfərini və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində mərakeşli həmkarları ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu təmasların əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Görüşdə hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və cari ildə imzalanmış parlamentlərarası Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Tərəflər parlamentlərin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, Mərakeş təşkilatın fəaliyyətində fəal iştirak edir və onun işinə xüsusi önəm verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
23 JUNE 2026
Kanadada sinaqoqun qarşısında atışma - ölənlər var 00:49 "Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı 23:45 Tramp NATO müttəfiqlərini tənqid etdi: İtaliya və Almaniya bizi dəstəkləmədi 00:51 Tramp İranın nüvə proqramı ilə bağlı gözləntisini açıqladı 23:57 Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 All News