Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR
Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Eyni zamanda daha bir Sərəncamla Elman Telman oğlu Abdullayev Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamı ilə F.İsmayılov isə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.