Azərbaycanın nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində oldu

Azərbaycanın nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində oldu
27.05.2025 03:13 Xarici siyasət

Mayın 26-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin birinci direktor müavini Dilşod Saidjanov arasında görüş keçirilib.

Todaypress TV  xəbər verir ki, görüş zamanı nümayəndə heyətinə qurumun informasiya siyasəti, dövlət qurumları ilə media arasında əlaqələrin təşkili, rəqəmsal kommunikasiya strategiyaları və sözügedən sahədə həyata keçirilən islahatlar haqqında geniş təqdimat edilib, təcrübə mübadiləsi aparılıb, media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, informasiya və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, media sahəsində institusional inkişafın dəstəklənməsi və müasir kommunikasiya çağırışlarına birgə cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Bütün Xəbərlər