Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü

Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü
01.08.2025 15:13 Xarici siyasət

Avqustun 1-də xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib.

Bu barədə XİN-dən TodayPress TV-yə verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsinə çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib.

Yeni səfir fəaliyyəti müddətində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü — 1
Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü — 2
Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər