Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil etdi - FOTO

Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil etdi - FOTO
10.03.2026 13:52 Xarici siyasət

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü, Dəməşqətrafı əyalətinin Şərqi Quta bölgəsinin əl-Oteybə qəsəbəsinin Yerli Şurasının təşkilatçılığı və AR Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə, 5 və 7 mart tarixlərində Suriyada “Qardaş Azərbaycan və Suriya xalqları mərhəmət ayında birlikdə” şüarı altında iftar tədbirləri keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2018-ci ildə adıçəkilən bölgənin Bəşər Əsəd rejimi tərəfindən kimyəvi hücumlara məruz qalması nəticəsində 600 mülki şəxs, o cümlədən qadın və uşaqlar həyatını itirmiş, minlərlə insan yaralanıb.

5 martda sözügedən qəsəbədə yerləşən və dağıntılar səbəbindən uzun illər ərzində fəaliyyət xaricində olan məktəbin həyətində 500 oruc tutan üçün iftar süfrələri təşkil edilib.

Yerli Şuranın rəhbərliyi və üzvləri, eləcə də qəsəbədən Xalq Məclisinin üzvü seçilən Nizar əş-Şəyibin iştirakı ilə tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Azərbaycanın Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verdiyini qeyd edib. Eyni zamanda Azərbaycan-Suriya əlaqələrinin ötən il ərzindəki inkişaf dinamikasına nəzər salınıb, Ramazan ayı ərəfəsində Azərbaycan dövlətinin 2030-cu ilədək Suriyada müasir beynəlxalq standartlara uyğun 10 məktəb inşa etdirmək və 100 məktəbi təmir etdirmək öhdəsini üzərinə götürdüyü, bununla da, dost ölkənin təhsil sahəsində bərpa prosesinə töhfə verdiyi vurğulanıb.

Öz növbəsində, Xalq Məclisinin üzvü Nizar əş-Şəyib kollektiv iftar süfrələrinə və ayrı gün isə paketlənmiş iftar dəstlərinin paylanılma təşəbbüsünə görə Azərbaycan dövlətinə təşəkkür edərək, bu humanitar aksiyaların yerli əhali tərəfindən xüsusi rəğbətlə qarşılandığını qeyd edib, həmçinin cinayətkar Əsədin silahlı qüvvələri tərəfindən kimyəvi hücuma məruz qalan Şərqi Quta bölgəsinin kütləvi iftar üçün seçilməsinin qardaş Azərbaycan xalqının həmrəyliyinin təzahürü olduğunu vurğulayıb. Bundan əlavə, təhsil sahəsində ölkəmizin məlum dəstəyi üçün dərin minnətdarlıq ifadə edilib.

7 mart tarixində Azərbaycan və Suriya bayraqları, elədə AİDA-nın loqosu və “Ramazan bayramınız mübarək” təbrikini ehtiva edən stikerlərin yapışdırıldığı və öncədən paketlənmiş iftar dəstlərindən ibarət 500 ağ polietilen paketi ilk növbədə hər iki valideyni itirən uşaqlara, daha sonra isə yoxsul və kasıb ailələrə paylanılıb.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 All News