Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı
30.05.2025 11:26 Xarici siyasət

Pekində Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında mövcud əməkdaşlıq, gələcək layihələr üzrə müzakirələr aparılıb.     

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə görüşündə iki qurum arasındakı əlaqələr, dövlətlərarası və xalqlararası münasibətlərin inkişafı istiqamətindəki layihələr müzakirə edilib.     

Ötən il Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Yan Vanmin Azərbaycanın bu günə qədər böyük inkişaf yolu keçdiyini, bütün bunların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edildiyini vurğulayıb.     

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun iki ölkə arasında layihələrin genişlənməsində, o cümlədən Azərbaycanın bir sıra regionlarında gənclərin iştirakı ilə forumlarım təşkil olunmasında maraqlı olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin dəstəkləndiyini xatırladıb.

Bu çərçivədə gələcəkdə əməkdaşlıq ediləcək sahələr və reallaşdırılacaq layihələr bir daha nəzərdən keçirilib.     

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan-Çin dostluğunun genişlənməsində böyük rol oynadığı qeyd olunub.

Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ildə imzalanan dostluq və əməkdaşlıq haqqında Memorandum çərçivəsində ötən müddət ərzində bir sıra tədbirlərin həyata keçirildiyi, 2023-cü ildə Pekində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin, o cümlədən mədəniyyət, təhsil və gənclər siyasəti üzrə bir sıra tədbirlərin təşkil olunduğu xatırladılıb.     

Görüşdə təhsil, turizm sahələrində və gənclərin hərtərəfli inkişafı baxımından gələcək layihələr müzakirə edilib. İyul ayında Çində təşkil olunacaq Gənclər Forumunda Azərbaycandan bir qrup gəncin iştirakı məsələsi diqqətə çatdırılıb.     

Görüş zamanı Heydər Əliyev FondununÇin-Azərbaycan dostluq münasibətlərinə verdiyi müstəsna töhfələr nəzərə alınaraq Fondun icraçı direktoru Anar Ələkbərov “Xalqlar dostluğu səfiri” mükafatı ilə təltif olunub.     

Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində bu ölkənin dövlət rəsmiləri bir sıra görüşlər nəzərdə tutulub. 

FOTOLAR

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 1
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 2
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 3
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər