“ASAN xidmət”in sədri Pakistanın Baş naziri ilə görüşdü

“ASAN xidmət”in sədri Pakistanın Baş naziri ilə görüşdü
16.01.2026 16:33 Xarici siyasət

Azərbaycan və Pakistan nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə "ASAN xidmət"dən məlumat verilib.

15 yanvar 2026-cı il tarixində Pakistan İslam Respublikasının Baş naziri  Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  

Qəbul zamanı Baş nazir Pakistandakı ilk “ASAN xidmət” mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirib.

Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində “ASAN xidmət” mərkəzlərinin yaradılacağını qeyd edib. Həmçinin “Pakistan ASAN xidmət” mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirib və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verib.

Görüş zamanı Pakistandan Azərbaycana turist axınının artmasında Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında yaradılmış “ASAN Viza”nın rolu xüsusi olaraq vurğulanıb. Pakistan Baş naziri ölkəmizin “ASAN Viza” təcrübəsindən də faydalanmaq istədiklərini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

TodayPress TV

PHOTOS

“ASAN xidmət”in sədri Pakistanın Baş naziri ilə görüşdü — 1
NEWS FEED
31 JULY 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 All News