Hindistan "Google" və "Meta"ya qarşı əməliyyata başladı

Hindistan "Google" və "Meta"ya qarşı əməliyyata başladı
19.07.2025 14:00 Dünya

Hindistanın Qanunvericiliyə Nəzarət İdarəsi ölkədə qanunsuz ticarət və mərc platformalarının internetdə reklam yolu ilə yayılması və bu platformalardan çirkli pulların yuyulmasında istifadə olunması ilə bağlı araşdırma çərçivəsində "Google" və "Meta" şirkətlərinin nümayəndələrini ifadə verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ANI" agentliyi istintaqla tanış mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, "Google" və "Meta" platformaları mərc tətbiqlərini reklam yolu ilə tanıdaraq onların istifadəçilər arasında yayılmasına şərait yaradır. Bildirilib ki, rəqəmsal platformaların bu qeyri-qanuni tətbiqlərin təşviqindəki rolunu müəyyənləşdirmək üçün araşdırma aparılır. Bu tətbiqlər pulların yuyulmasının qarşısını almaq haqqında qanunun mümkün pozuntuları baxımından xüsusi diqqət mərkəzindədir.

"Google" və "Meta" nümayəndələri ilə görüş 21 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl İdarə Mumbay şəhərində qanunsuz qiymətli kağız ticarəti və onlayn mərc fəaliyyəti ilə bağlı genişmiqyaslı istintaq çərçivəsində axtarışlar aparıb. Nəticədə qeydiyyata alınmamış pul vəsaitləri, bahalı saatlar, zinət əşyaları, xarici valyuta və lüks avtomobillər müsadirə olunub. Axtarış zamanı həmçinin pul sayma aparatları da aşkarlanıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Qızılı dadmaq istədi, 50 qramlıq külçəni uddu 01:42 5 ildən sonra yenidən ortaya çıxdı - ABŞ-də təhlükəli virus 01:47 20 trilyondan 40 trilyona: ABŞ-nin dövlət borcu rekord həddə çatdı 01:31 Tramp bütün prezidentlərdən fərqini Kim Çen In üzərindən izah etdi 01:09 Netanyahu Türkiyəyə meydan oxudu: “Suriyada buna dözməyəcəyik!” 00:45 Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ 00:06 Bütün Xəbərlər