Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ

Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ
20.08.2026 01:50 Dünya

İsveçrə hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən əlavə tədbirlərin tətbiqi barədə qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilir.

“Federal Şura avqustun 19-da Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının 20-ci paketindən əlavə tədbirlərin qəbul edilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd olunur.

Sənədə əsasən, enerji sahəsində qazdaşıyan gəmilərə, buzqıran gəmilərə və Rusiyada yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına xidmət göstərilməsinə qadağalar tətbiq edilir.

Bundan əlavə, Bern tankerlərin Rusiyaya satışını qadağan edir. Həmçinin tankerlərin üçüncü ölkələrə satışı ilə bağlı müqavilələr hazırlanarkən onların Rusiyaya yenidən satılmasını qadağan edən bənd daxil ediləcək.

Mətndə izah olunur ki, bəzi qadağalar, o cümlədən LNG terminallarına xidmət göstərilməsinə qadağa yalnız 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Digər təkliflər isə 1 və 21 sentyabr 2026-cı ildə qüvvəyə minəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Netanyahu Türkiyəyə meydan oxudu: “Suriyada buna dözməyəcəyik!” 00:45 Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ 00:06 Meksikada kartel lideri saxlanıldı, ölkə qarışdı - VİDEO 00:20 Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO 01:18 UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzdu - VİDEO 23:03 Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var 00:29 Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Bütün Xəbərlər