Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər?

Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər?
03.07.2026 16:24 Təhlil

Məlumdur ki, SSRİ dövründə Bakıdan Naxçıvana gedən dəmir yolu (Mincivan-Mehri-Naxçıvan xətti) bütövlükdə Azərbaycan Dəmir Yollarının (o dövrkü Zaqafqaziya Dəmir Yolunun Azərbaycan bölməsinin) balansında və mülkiyyətində olub.

Mehri sahəsindən keçən 40 km-ə yaxın xətt belə texniki və inzibati cəhətdən Bakı tərəfindən idarə olunurdu və Azərbaycan SSR-in mülkiyyəti sayılırdı.

İndi Azərbaycan o mülkiyyətə varisliyi tələb edə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə bildirib ki, SSRİ-nin dağılmasından sonra keçmiş ittifaq respublikaları arasında hüquqi varislik məsələləri müxtəlif sahələrdə fərqli prinsiplərlə həll olunub.


Bu baxımdan, sovet dövründə Bakı–Naxçıvan dəmir yolunun bir hissəsi olan və Mehri ərazisindən keçən xəttin vaxtilə Azərbaycan Dəmir Yolunun balansında olması maraqlı hüquqi arqument yaratsa da, bu faktın avtomatik olaraq Azərbaycanın həmin infrastruktura mülkiyyət hüququnun bu gün də qüvvədə qalması anlamına gəldiyini söyləmək çətindir:

“SSRİ dövründə dəmir yolu infrastrukturu ittifaq daxilində vahid nəqliyyat sisteminin tərkib hissəsi idi. Ayrı-ayrı idarələr müəyyən xətləri texniki və inzibati baxımdan idarə etsələr də, həmin idarəetməni müasir beynəlxalq hüquqda qəbul edilən dövlət mülkiyyəti anlayışı ilə tam eyniləşdirmək çətindir. Müstəqillik əldə edildikdən sonra keçmiş ittifaq respublikalarının ərazilərində yerləşən dövlət əmlakının əsas hissəsi "ərazi prinsipi" əsasında həmin dövlətlərin mülkiyyətinə keçib. Bu prinsip postsovet məkanında ən geniş tətbiq olunan hüquqi yanaşmalardan biri hesab edilir”.

Bununla belə, Yusif Bağırzadə Azərbaycanın irəli sürə biləcəyi hüquqi arqumentlərin də mövcud olduğundan bəhs edib:

“Belə ki, Mehri ərazisində yerləşən dəmir yolu xətti yalnız istismar baxımından deyil, həm də balans, maliyyələşdirmə, əsas vəsaitlərin uçotu və kapital qoyuluşları baxımından Azərbaycan Dəmir Yolunun aktivi kimi rəsmiləşdirilmişdi. Bu fakt hüquqi müzakirələrdə əlavə arqument kimi istifadə oluna bilər. Lakin belə arqumentlərin beynəlxalq arbitrajda və ya dövlətlərarası danışıqlarda qəbul olunması ayrıca hüquqi əsaslandırma tələb edir.

Digər tərəfdən, məsələ təkcə mülkiyyət hüququ ilə məhdudlaşmır. Mehri dəhlizi və keçmiş dəmir yolu xətti bu gün regional nəqliyyat-kommunikasiya layihələrinin də mühüm elementlərindən biridir. Son illərdə regionda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı aparılan müzakirələr göstərir ki, tərəflər daha çox gələcək istifadənin hüquqi rejiminə, tranzit mexanizmlərinə və təhlükəsizlik təminatlarına üstünlük verirlər. Bu kontekstdə tarixi mülkiyyət məsələsi siyasi və hüquqi müzakirələrdə əlavə arqument kimi çıxış etsə də, praktik nəticələrin əldə olunması daha çox dövlətlərarası razılaşmalardan asılıdır”.

Siyasətçi beynəlxalq təcrübədə də oxşar nümunələrin mövcud olduğunu deyib:

“Dövlət sərhədləri dəyişdikdən sonra dəmir yolları, limanlar və digər infrastruktur obyektləri ilə bağlı tarixi mülkiyyət iddiaları irəli sürülsə də, məhkəmələr və arbitraj orqanları əksər hallarda obyektin yerləşdiyi ərazinin suverenliyini əsas hüquqi meyar kimi qəbul ediblər. Buna görə də Azərbaycanın Mehri hissəsinə dair birbaşa mülkiyyət hüququnu bərpa etməsi indiki şəraitdə hüquqi baxımdan mürəkkəb görünür. Ümumilikdə isə, Azərbaycan keçmiş balans və idarəetmə faktlarını hüquqi və siyasi arqument kimi gündəmə gətirə bilər və bundan Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı prosesləri sürətləndirməsi üçün təzyiq vasitəsi kimi istifadə oluna bilər”.

Qiymət Mahir

TodayPress TV

PHOTOS

Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? — 1
NEWS FEED
03 JULY 2026
33 il itkin sayılan qadın doğma kəndində torpağa tapşırıldı 18:46 Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Azərbaycan insanı ən çox hansı səbəbdən ölür? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır 16:19 Masallıda ağır yol qəzası: İki nəfər öldü - VİDEO 16:09 DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 All News