Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi?

Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi?
01.07.2026 12:01 Təhlil

Belarus prezidenti Aleksandr Lukaşenko  Çinə  səfər etdi.  Pekinə yola düşməzdən bir neçə gün əvvəl Rusiya Prezidenti  Vladimir Putin ilə görüşmüşdü. Bu görüşdən sonra Lukaşenko Çində Si Cinpin ilə danışıqlar apardı. Bundan başqa  qeyri-rəsmi mənbələrə görə, Si Cinpin Putinlə telefon danışığında rus əsgərlərinin Ukraynadan çıxarılması ilə bağlı ultimatum verib.

Maraqlıdır, proses hara sürüklənir? Belarusun burda taleyi necə olacaq?     

Sözügedən məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.


O bildirib ki, Çin liderinin Putinlə telefon danışığında rus əsgərlərinin Ukraynadan çıxarılmasını tələb etməsi və bunu ultimativ qaydada söyləməsi qeyri-mümkündür:

"Nə Çin liderinin xarakteri buna imkan verir, nə də iki lider arasında mövcud olan münasibətlər. Üstəlik, belə bir tələbin qoyulması da qeyri-realdır. Nə Amerika Birləşmiş Ştatlarının prezidenti, nə də Avropa liderləri bu cür tələb qoyublar.

Onlar hərbi əməliyyatların dayandırılmasını, sülh danışıqlarının aparılmasını tələb ediblər. Eyni zamanda, Ukraynadan da ərazi güzəştlərinə hazır olmasını istəyiblər. İndi bu şəraitdə Ukraynanın əsas müttəfiqləri əgər belə bir tələb qoymurlarsa, Rusiyanın müttəfiqi bunu necə tələb edə bilər?!".

Analitik qeyd edib ki, Si Pin ancaq sülh istəyini ifadə edə bilər:

"Məlumdur ki, Çin bundan əvvəl də sülh planı ilə çıxış etmişdi. Rusiya bu planı müzakirə etməyə hazır olduğunu bildirmişdi, lakin Ukrayna onu qətiyyən qane etmədiyi üçün rədd etmişdi. İndi də Çin bu prosesə qoşulmaq istəyini bildirir. Aydındır ki, onun yeni təklifi də Rusiyanın maraqlarına uyğun olacaq. Bu səbəbdən, belə bir ultimatumun verilməsi ehtimalı demək olar ki, yoxdur. Çin yalnız sülh arzusunu və sülhə nail olmaq üçün daha çox cəhd göstərmək istəyini dilə gətirə bilər".

Ekspert Lukaşenkonun Rusiyanın hesabına hakimiyyətə gəlmiş və hakimiyyətdə qalmış bir adam olduğunu vurğulayaraq prosesi izah edib:

"Onun Çinə səfəri ərəfəsində belə bir ultimatumun verilməsi ümumiyyətlə qeyri-mümkündür. Yəni belə çıxır ki, Lukaşenko gedib Putindən, Rusiyadan şikayət edib. Bu isə qeyri-mümkün olan bir məsələdir. İndiyə qədər Belarus aktiv şəkildə hərbi əməliyyatlara qoşulmayıb, yalnız öz ərazisindən Rusiyanın istifadə etməsinə şərait yaradıb və müəyyən qurğuların yerləşdirilməsinə də imkan verib. Ancaq Zelenskinin son tələbindən sonra həmin qurğuların bir hissəsinin — dronların idarə edilməsinə xidmət edən və Rusiyanın istifadə etdiyi qurğuların — Belarus ərazisindən söküldüyünü Ukrayna prezidenti bildirib. Bundan sonra da çox güman ki, Lukaşenko bu siyasəti davam etdirəcək. O, daha artığını etməyə qadir deyil, bunu istəmir və bunun Belarusun zərərinə olduğunu hesab edir. Ancaq bundan azını etməsi də qeyri-mümkündür. Yəni indiki mövqeyində, yəqin ki, bundan sonra da qalacaq". 

Abutalıb Səmədov əlavə edib ki, Rusiya  bu gün əvvəlki dövrlərlə müqayisədə sülhə daha çox meyllidir:

"İqtisadi vəziyyət çox ağırdır. Təbii ki, Putin də başa düşür ki, uzun müddət müharibə aparmaq imkanı yoxdur. O, əlverişli şərtlərlə müharibəni qısa müddətdə başa çatdırmaq istəyir və burada, yəqin ki,  kiçik də olsa, müəyyən güzəştlərə getməyə hazır olacaq. Hər şey Amerika Birləşmiş Ştatlarından və onun ortaya qoyacağı təkliflərdən asılıdır. 

Jalə Rövşən

TodayPress TV

PHOTOS

Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? — 1
NEWS FEED
01 JULY 2026
Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 NATO Bakıda təlimlərə başladı: Ordunun intellektual elitası daha da möhkəmlənir 13:38 AZAL bu istiqamət üzrə bilet satışına başladı 13:35 Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi 13:26 Sabah hava neçə dərəcə olacaq? 13:09 Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? 12:58 800 illik monastır belə yandırıldı - VİDEO 12:51 Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" 12:38 Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi 11:48 Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək 11:42 SON DƏQİQƏ! Çində güclü zəlzələ oldu 11:38 Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi 11:31 İlham Əliyev Somali Prezidentini təbrik etdi 11:28 Pekin böyük müharibəyə hazırlaşır? Rus və çinli hərbçilər gizli şəkildə... 11:21 Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? 11:05 Azərbaycanın neft gəlirləri azalmağa davam edir - SON RƏQƏMLƏR 10:55 All News