"Yüz illərin Orbanı"nı taxt-tacından edən Magyar kimdir - DOSYE

"Yüz illərin Orbanı"nı taxt-tacından edən Magyar kimdir - DOSYE
13.04.2026 12:00 Təhlil

Peter Magyar 1981-ci il martın 16-da Budapeştdə anadan olmuş hüquqşünas və siyasətçidir. O, bu gün Macarıstanın ən dramatik siyasi dəyişikliklərindən birinin mərkəzində dayanan əsas fiqurlardan sayılır.


O, uşaqlıq illərində otağının divarına Viktor Orbanın şəklini asmışdı — həmin dövrdə Orban sovet təsirinə qarşı çıxan azadlıq simvolu idi. Onilliklər sonra isə Magyar məhz həmin Orbanı siyasi hakimiyyətdən uzaqlaşdırdı.

Mühafizəkar ailədə böyüyən Magyar 2004-cü ildə Pazman Peter Katolik Universitetinin Hüquq fakültəsini bitirmişdir. Universitet illərində gələcək nazir Gulyas Gergely ilə  dostluq münasibətləri qurmuşdu.


Orban hökuməti onu Brüsselə diplomat kimi göndərdi və ailəsi təxminən on il orada yaşadı. 2018-ci ildə Budapeştə qayıtdılar; həmin vaxt həyat yoldaşı Judit Varga ədliyyə naziri vəzifəsində çalışırdı.

2024-cü ilin əvvəlində Macarıstanı sarsıdan böyük qalmaqal baş verdi: Prezident Katalin Novak dövlət uşaq müəssisəsində direktor müavini olmuş, uşaqlara qarşı cinsi istismarda iştirak etdiyinə görə məhkum edilmiş bir şəxsi əfv etmişdi. Bu əfv sənədini ədliyyə naziri kimi Judit Varga imzalamışdı.


Magyar bir neçə saat ərzində "Facebook"da hökuməti sərt tənqid etdi, daha sonra “Partizan” adlı müstəqil mediaya müsahibə verdi. Bu çıxışı onu cəmi dörd ay ərzində demək olar ki, tanınmayan bir şəxsdən ölkə miqyasında siyasi liderə çevirdi. Tisza Partiyası 2024-cü ilin iyununda keçirilən Avropa Parlamenti seçkilərində təxminən 30% səs qazandı.

Rusiya ilə münasibətlər məsələsində Magyar Orbanı Gürcüstanın keçmiş rəhbərliyi ilə müqayisə edərək demişdi ki, “biri Putini soldan, digəri isə sağdan dəstəkləyir”. Seçkilər ərəfəsində o, Rusiyanı kampaniyaya müdaxilə etməkdə ittiham edib, Kremlin Budapeşt səfirliyindən Orbanı dəstəkləmək üçün fəaliyyət göstərildiyinə dair hesabatlara istinad etmişdir.  Bununla belə, Rusiyaya qarşı praqmatik yanaşmanı müdafiə edir və enerji asılılığının dərhal aradan qaldırılmasının real olmadığını qəbul edir. 


Avropa İttifaqı və Qərb siyasəti baxımından Tisza Partiyasının proqramı “Avropanı seçirik” xəttini açıq şəkildə dəstəkləyir, Aİ və NATO ilə etibarlı əməkdaşlığın qurulacağını və 2030-cu ilə qədər avrozonaya üzvlüyün hədəfləndiyini bildirir. Magyar dondurulmuş təxminən 18 milyard avro Aİ fondunun açılmasını — bu vəsait ölkə ÜDM-nin təxminən 10%-ni təşkil etdiyi üçün — əsas prioritetlərdən biri hesab edir.

Türkiyə ilə münasibətlərə gəldikdə,  Magyar Avropa Parlamentinin Türkiyə ilə Birgə Parlament Komitəsinin (D-TR) üzvüdür. Birbaşa ikitərəfli açıqlamaları məhdud olsa da, Tisza Partiyasının NATO-ya sadiq mövqeyi Ankara ilə əməkdaşlıq imkanlarını gücləndirir.

Azərbaycanla bağlı isə Magyarın gələcək hökumətinin Aİ-nin Rusiya enerji asılılığını azaltmaq siyasətini dəstəkləyəcəyi gözlənilir. Bu, Azərbaycanın enerji ixracatçısı kimi strateji əhəmiyyətini artıra bilər. Lakin Avropa Xalq Partiyası (EPP) çərçivəsində vurğulanan demokratik standartlar məsələsi müəyyən gərginliklər yarada bilər.

Qeyd edək ki, 2026-cı il aprel  12-də səslərin 77%-i sayıldığı zaman Magyar 53%-ə qarşı 38% nəticə ilə öndə idi. Viktor Orban məğlubiyyətini etiraf edərək, “Qalibə təbriklərimi bildirirəm. Müxalifətdən Macar xalqına xidmət edəcəyik”, — demişdi. Cəmi iki il əvvəl demək olar ki, tanınmayan bu şəxs 16 il ərzində məğlubedilməz sayılan Orban–Fidesz sistemini sarsıtdı və devirdi.

Jalə Rövşən

NEWS FEED
31 JULY 2026
Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 All News