Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab

Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab
10.08.2026 16:18 Təhlil

Şah İsmayıl Xətai və Səfəvilər Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Buna baxmayaraq, Xətainin kimliyi, Səfəvi dövlətinin mənşəyi və onun tarixi irsi ilə bağlı mübahisələr bu gün də davam edir. Xüsusilə Səfəvilərin Azərbaycan tarixindəki yeri ilə bağlı müxtəlif yanaşmaların səsləndirilməsi mövzunu yenidən gündəmə gətirib. Bəs Şah İsmayıl Xətainin tarixi irsini necə qorumalı və onu İranın mənimsədiyi tarixdən necə ayırmalıyıq? Xətaini İranın əlindən necə alaq?    Mövzu ilə bağlı tarixçi alim  Boran Əziz  TodayPress TV-yə danışıb.        

O, Azərbaycan dövlətçilik tarixində Səfəvi imperatorluğunun xüsusi bir yeri olduğunu diqqətə çatdırıb:

"Bu gün 4500-5000-ə yaxın xalqdan cəmi 196-sı dövlət yarada bilib. Onlardan biri də bizim xalqdır. Hər bir xalq dövlət yarada bilməz. Hələ üstəlik, imperatorluq yaradılması fərqli və xüsusi bir mərhələ təşkil edir. Bu baxımdan zaman-zaman Səfəvi imperatorluğunun tarixinə marağın artması, onun tarixini özününküləşdirmək cəhdləri və təhrif edilməsi halları müşahidə olunur. Biz hələ keçən yüzillikdən, xüsusilə 60-70-ci illərdən etibarən Oqtay Əfəndiyevin, sonrakı illərdə isə müxtəlif alimlərin Səfəvi tarixinə aid ərəb və fars dillərində olan mənbələri müqayisəli təhlil metodu ilə araşdırmasının şahidi olduq. Səfəvilərin yarandığı ərazi bu mənbələrin hamısında Azərbaycan ərazisi kimi qeyd olunur. Onun mərkəzi də Təbriz şəhəridir". 

O qeyd edib ki, bütün qaynaqlarda Səfəvilərin etnik kimliyi türk kimi qeyd olunur: 

"Dövlətin yaranmasında iştirak edən əsas qızılbaş tayfalarının da böyük əksəriyyəti türk tayfaları idi. Bu məsələlər Zabil Bayramlı, Namiq Musalı və digər Səfəvişünas alimlərin əsərlərində geniş araşdırılıb. Ərəb və fars dillərindəki bir sıra mənbələrin Azərbaycan dilinə tərcümə olunması da bu baxımdan mühüm işdir.

Mənbələrdə Şah İsmayılın özünün də “Azərbaycan taxtı” ifadəsini işlətdiyi göstərilir. “Lübbit-təvarix”də onun Şərur qələbəsindən sonra Təbrizə daxil olaraq Azərbaycan şahlıq taxtında oturduğu və bütün Azərbaycan məmləkətində onun adına xütbə oxunduğu qeyd edilir. Burada İran və ya fars taxtından söhbət getmir.

“Səfvət əs-səfa”da isə Şeyx Səfiyyəddinin özünü “türk” adlandırdığı qeyd olunur. Eyni mənbədə ona “Ey gənc türk” deyə müraciət edilməsi də diqqət çəkir. Şeyx Səfiyyəddinin Azərbaycan dilində şeirlər yazması da bu baxımdan mühüm nüansdır”.

Boran Əziz əlavə edib ki, Səfəvi saraylarında türk dilinin mövqeyi də ayrıca diqqət çəkir:

“I Şah İsmayıldan Təhmasibə, II Şah Abbasa və Şah Səfiyə qədər sarayda əsas danışıq dilinin türk dili olduğunu göstərən mənbələr var. Azərbaycana gələn Avropa səfirləri və səyyahlar da bunu öz qeydlərində əks etdiriblər. Məsələn, Şah Səfinin sarayında olmuş alman səyyahı Adam Oleari burada eşitdiyi süfrə duasını tərcümə etmədən latın qrafikası ilə yazıya alıb. Duada belə deyilirdi: “Süfrə haqqını, şahın dövlətini, qazilər qüvvətini Allahdan diləyəlim”. Heç bir fars, yaxud ərəb türk dilində süfrə duası oxumaz. Elə bu faktın özü də Səfəvilərin kimliyini bir daha sübut edir". 

Tarixçi digər mühüm məsələyə toxunub:

“Səfəvilər yalnız şiə dövləti kimi təqdim edilir. Amma Səfəvilərin əsas ideoloji dayağı qızılbaşlıq idi. Bu ideologiyanın daxilində əxilik, abdallıq, sufi-qələndər ənənələri ilə yanaşı, şiəlik də vardı. Şah İsmayılın bəzi ifadələri isə klassik şiə dünyagörüşü ilə tam uyğun gəlmirdi. Buna görə də Səfəvi dövlətinin mahiyyətini yalnız şiəlik üzərindən izah etmək doğru olmaz. Burada qızılbaş ideologiyasının xüsusi yeri vardı”.

Ekspert Şah İsmayıl Xətaini və Səfəvi dövlətini türk mühitindən qoparmaq cəhdlərinin  siyasi tərəflərinin də olduğunu diqqətə çatdırıb:

“Bu tarixə yanaşmada məqsəd yalnız elmi mübahisə deyil, siyasi yanaşmalar da olub. Ona görə də bizim əsas vəzifəmiz Səfəvi tarixi, onların mənşəyi və qızılbaş ideologiyası ilə bağlı alimlərimizin araşdırmalarını yalnız Azərbaycan dilində deyil, müxtəlif xarici dillərdə də yaymaqdır. Çünki Səfəvi irsinin kimə məxsusluğu ilə bağlı mübahisədə ən güclü cavab emosiyalar deyil, mənbələr və elmi araşdırmalardır”. 

Jalə Rövşən

NEWS FEED
10 AUGUST 2026
"Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü 18:20 Rusiya tankerindən sızan neft 390 kv. km-ə çatdı - RƏSMİ 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq 16:56 Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq 16:51 Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu 16:10 Səbəbsiz çəki itkisi ciddi xəstəliklərin əlaməti ola bilər 16:05 Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Azərbaycan əhalisinin gəlirləri 55,6 milyard manatı keçdi – 9,8% ARTIM 15:49 Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək 15:54 Rusiya bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi 15:48 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? 15:17 Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu 15:28 All News