Ukraynaya Şok Tələb: “Üç Vilayətdən və NATO-dan İmtina Et!” Zelenski razılaşacaq?

Ukraynaya Şok Tələb: “Üç Vilayətdən və NATO-dan İmtina Et!” Zelenski razılaşacaq?
21.11.2025 17:03 Təhlil

Ukrayna ABŞ-nin mediada sızdırılan 28 bəndlik sülh planının mühüm hissəsini dəyişdirib: ilkin layihədə nəzərdə tutulan genişmiqyaslı yardım auditləri çıxarılıb və onun əvəzinə müharibə dövründəki addımlara görə tam amnistiya maddəsi əlavə edilib. “Wall Street Journal”ın (WSJ) məlumatına görə, Avropa liderləri paralel olaraq öz sülh təkliflərini formalaşdırır və Kiyevi daha əlverişli variantı dəstəkləməyə razı salmağa çalışırlar. Lakin Ukrayna hələlik heç bir plana dair öhdəlik götürmür. Qeyd edək ki, ABŞ–Rusiya tandemi tərəfindən hazırlandığı iddia edilən ilkin sənəddə Kiyevdən üç vilayətdən və NATO üzvlüyündən imtina, ordunun isə 60% azaldılması tələb olunurdu. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert İlkin Məmmədkərimov bildirib ki, plan Ukraynadan ərazi güzəşti tələb etdiyinə görə Kiyev üçün qəbuledilməzdir:


"Məsələ burasındadır  ki, Birləşmiş Ştatların təklif etdiyi bu “sülh müqaviləsi”nin şərtləri ümumilikdə absurddur. Həmin sənəddə hətta Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması ilə bağlı bəndlər yer alır. Belə bir sənədə Ukraynanın razılıq verməsi, təbii ki, mümkün deyil".

Ekspert hesab edir ki, ABŞ Ukraynanı Rusiyanın şərtlərinə yönəltməyə çalışır, Aİ isə buna qarşıdır:


"Avropa İttifaqı da buna imkan verməz. Çünki ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ və Aİ arasında Ukrayna məsələsində ciddi fikir ayrılığı formalaşıb. Xatırlayırsınızsa, Tramp seçildikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini Oval Ofisdən çıxarmış və açıq şəkildə bildirmişdi ki, o, Rusiyanın tələblərinə uyğun davranmalıdır. İndi də Birləşmiş Ştatlar Ukraynaya təzyiq göstərərək onu Rusiyanın təklif etdiyi sülh planına razı salmağa çalışır. ABŞ Kiyevə demək istəyir ki, çıxış yolun yoxdur və Moskvanın dediklərini qəbul etməlisən, NATO üzvlüyündən isə imtina etməlisən".

İ.Məmmədkərimov,  həmçinin Aİ və NATO seçiminin postsovet ölkələrinin suveren qərarı olduğunu və Rusiyanın buna qarışmağa haqqı olmadığını vurğulayıb: 

"Halbuki istər Ukrayna, istər Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova — bütün postsovet ölkələrinin Aİ-yə və NATO-ya üzvlüyü onların öz müstəqil qərarlarıdır. Bunun üçün Rusiyanın icazəsini almağa və ya onunla məsləhətləşməyə borclu deyillər. Rusiya digər ölkələrin daxili işlərinə müdaxilə edə bilməz. Onsuz da müharibənin başlanması böyük bir absurdluq və mənasızlıq idi".

Onun qənaətincə, digər tərəfdən, Qərb ölkələri Ukraynanı dəstəkləməyə məcburdur. Çünki mövcud vəziyyət birbaşa təhlükə yaradır. Avropa yaxşı anlayır ki, əgər Rusiya bu işğalçı siyasəti dayandırmasa, növbəti hədəf məhz Avropanın özü ola bilər. Məhz buna görə Avropa Birliyi və Böyük Britaniya bu məsələdə ABŞ-dən fərqli mövqe sərgiləyir.

Şərhçi bildirib ki, Avropa Ukraynanı dəstəkləməyə məcburdur:

"ABŞ üçün vəziyyət nisbətən rahatdır — o, okeanın o tayındadır. Amma Avropa Rusiyaya daha yaxındır və təhlükənin özünə yönəldiyini çox yaxşı görür. Buna görə də Ukraynanı dəstəkləməkdən başqa yolu yoxdur".

Ekspert sonda vurğulayıb ki, Ukrayna üçün real və məqbul sülh təklifi ABŞ-nin təqdim etdiyi bu “absurd” variant deyil, Avropa Birliyi və Böyük Britaniyanın üzərində işlədiyi sənəd olacaq. Onun fikrincə, həmin təklif, açıqlanacağı halda, Ukraynanın maraqlarına daha çox uyğun olduğunu görəcəyik.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 All News