Ukraynanın siyasi üfüqlərində Zalujnı: Xalq kimi SEÇƏCƏK?

Ukraynanın siyasi üfüqlərində Zalujnı: Xalq kimi SEÇƏCƏK?
01.12.2025 12:40 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib.


“The Times"in ictimai rəy sorğusuna görə isə Ukraynanın sabiq Silahlı Qüvvələr baş komandanı, hazırda isə ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı növbəti seçkilərdə Zelenskini geridə qoya biləcək yeganə namizəd hesab olunur.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov bildirib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra onun Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitim olmasına dair işarələri Rusiya Prezidenti Vladimir Putinin hekayələri ilə oxşarlıq təşkil edib: 


“Trampın Ukrayna Prezidentini “seçkisiz diktator” adlandırması Putinin Zelenskinin qeyri-legitim olmasına dair iddialarının ABŞ tərəfindən dəstəklənməsi demək idi. Sonradan, xüsusilə də Trampın həm Zelenski ilə “barışıq”, həm də Putinlə görüş trafikləri həmin iddiaları bir qədər gündəmdən qaldırdı. Bu, müvəqqəti fasilə idi və indi Ukraynadakı 100 milyon dollarlıq korrupsiya əməliyyatları, Zelenskinin yaxın adamlarının istefa verməsi həmin gündəliyi yenidən aktuallaşdırıb”.


Analitik bildirib ki, korrupsiya ittihamlarının ağırlığı Ukraynanın Rusiya qoşunlarının irəliləməsinə qarşı siyasi iradəsinə təsir edir, üstəlik, Kiyev Moskvanın şərtləri qarşısında güzəştə getməsi üçün ABŞ-nin artan təzyiqləri ilə üzləşir. Ekspertin qənaətincə, bu amil Zelenskinin qeyri-legitim olmasına dair iddiaların tirajlanmasındakı yeni mərhləni ABŞ-Rusiya sövdələşməsi kimi xarakterizə edir. Başqa sözlə, korrupsiya skandalı və Zelenskiyə qarşı iddialar Putin-Tramp danışıqlarında razılaşdırılmış müştərək əməliyyatın tərkib hissəsi kimi görünür. 

“Yəni Trampın komandası hazırda Rusiya ilə nizamlanma üçün potensial ümumi çərçivə üzərində işləyərkən onun daha da qabağa aparılması üçün yeni prezidentə ehtiyac duyur. Burada Ukraynanın silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnının adının hallanması təsadüfi deyil. Zalujnının Zelenskini əvəz edə biləcək güclü fiqur olduğu bundan əvvəl də dəfələrlə təkrarlanıb”. 

A.Kərimov Zalujnının də Zelenskinin kənarlaşdırılması prosesinə dəstək verdiyini diqqətə çatdırıb:


“Bu günlərdə “Telegraph” nəşrində dərc olunan məqaləsində verdiyi mesajlar onun prezidentlik üçün ambisiyalarını ortaya qoyur. Zalujnı bir növ özünü həm müharibə dövrünün, həm də sülh mərhələsinin prezidenti kimi təsvir edərək yazır: “Sülh, hətta növbəti müharibə ərəfəsində belə, siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün şans verir”. 

Zelenskinin siyasi və hərbi uğursuzluqlar burulğanına düşməsi üçün korrupsiya əməliyyatları bəlkə də bir mərhələdir. Bundan sonra Zelenskinin istefa verəcəyi haradasa gözləniləndir, lakin müharibə bitməyib və Zelenski Qərbi Rusiyaya qarşı daha fərqli missiyaya inandıra bilər. Bununla belə, Zelenskinin ulduzu artıq sönmək üzrədir və Ukraynanın siyasi üfüqlərində Zalujnının parlayacağı gün uzaqda görünmür”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 All News