Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi
Türkiyə ilə Rusiya arasındakı əlaqələr fəqli bir mərhələyə keçib. Eyni vaxtda həm rəqib, həm də müəyyən məsələlərdə partnyor olurlar.
Suriyada Türkiyə öz sərhəd təhlükəsizliyi üçün əməliyyatlar keçirir və bəzi bölgələri nəzarətdə saxlayır. Rusiya isə Əsəd rejimini dəstəkləyir. Buna baxmayaraq, Astana formatı vasitəsilə bir-birləri ilə danışırlar.
Ukrayna müharibəsində Türkiyə Bayraktar dronları ilə Ukraynaya yardım edir, Montrö Konvensiyasına uyğun olaraq Qara dəniz boğazlarını Rusiya hərbi gəmilərinə bağlayır, Krımın ilhaqını tanımır.
2020-ci ildə Qarabağ müharibəsində Türkiyə Azərbaycanı açıq dəstəklədi və bu bu da regionda balansı dəyişdirdi.
Bütün bu ziddiyyətlərə rəğmən əlaqələr tam kəsilmir. Rusiya Türkiyənin ən böyük təbii qaz təchizatçılarından biridir (qazın təxminən 40-45%-i). TurkStream qaz kəməri işləyir, Akkuyu Atom Elektrik Stansiyası isə Rusiya tərəfindən tikilir. Türkiyə həm də Rusiya qazı və nefti üçün vacib tranzit ölkəsidir. İki ölkə arasında ticarət həcmi on milyardlarla dollara çatır. Ankara xüsusilə Qərb sanksiyaları dövründə Rusiya üçün vacib iqtisadi partnyor rolunu oynayır. 2026-cı il iyun ayında Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Moskvada rusların “Harvard”ı sayılan MGIMO Universitetindən fəxri doktorluq dərəcəsi aldı. Bu, Rusiyanın Türkiyəni strateji cəhətdən çox vacib və əvəzolunmaz ölkə saydığını göstərən açıq siqnal idi.
Münasibətlər qarşılıqlı asılılıq üzərində qurulub. Rusiya enerji və böyük bazar verir, Türkiyə isə coğrafi mövqe, güclü ordu və regional təsir imkanı verir. Hər iki ölkə də problemləri kənarda saxlayıb maraqlarını qorumağa çalışır. Türkiyə həm NATO üzvü, həm regional güc, həm də Rusiya ilə işgüzar əlaqə saxlayan ölkə kimi davranır. Moskva Ankaranı itirmək istəmir, çünki Qara dəniz, Suriya, Qafqaz və enerji yollarında Türkiyə olmadan çox şey edə bilməz.
Jalə Rövşən