Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib.
TodayPress TV xəbər verir ki, müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.
"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.
xxx
İyunun 7-də keçirilən seçkilərin nəticələrinə əsasən parlamentdə çoxluq əldə edən "Mülki Müqavilə" fraksiyası öz lideri Nikol Paşinyanın namizədliyini respublikanın baş naziri vəzifəsinə irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində yayımlanan bəyanatda bildirilir.
""Mülki Müqavilə" Partiyası Milli Məclisdə parlament çoxluğunu formalaşdıran siyasi qüvvə kimi, Ermənistan Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq, baş nazirin təyin edilməsi üçün konstitusiyada nəzərdə tutulmuş proseduru təmin etmək məqsədilə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi haqqında tələb olunan sənədlər paketini respublika prezidentinə təqdim edib", - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində səsvermənin nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın hakim "Mülki Müqavilə" partiyası 49,7456% səs, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,2710% səs, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku isə 9,9231% səs toplayıb.
Aysel Mətləb