Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”

Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”
12.02.2026 17:38 Təhlil

“Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərə paralel şəkildə inkişaf edəcək”. 

Bunu TodayPress TV-yə türkiyəli politoloq İsmail Cingöz Türkiyənin İrəvana müntəzəm birbaşa uçuşlar həyata keçirəcəyi ilə bağlı açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanla öncədən razılıq əldə etmədən və Azərbaycanın siyasətinə zidd addım atmadan Ermənistanla münasibətlərini inkişaf etdirə bilər.


“Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Türkiyə qardaş Azərbaycanın əleyhinə heç bir fəaliyyət göstərməz və göstərməyəcək”.

Analitik bildirib ki, Ermənistan-Türkiyə hava reysləri əlaqələri və ticarəti gücləndirəcək: 

“Ermənistan ilə Türkiyə arasında hava yolları vasitəsilə sərnişin daşınması ilə bağlı yeniliklər həm hər iki ölkənin vətəndaşları, həm də siyasi və iqtisadi baxımdan müsbət addım olacaq və qismən də olsa, ticarətin hava yolu ilə başlamasına şərait yaradacaq. Bu da iki ölkə arasında iqtisadi, siyasi və sosial-mədəni əlaqələrin qurulması üçün vasitə kimi Ermənistanın xeyrinə inkişaf kimi qiymətləndirilə bilər”.

İ.Cingöz vurğulayıb ki, növbəti mərhələdə Ermənistan-Azərbaycan münasibətləri müsbət məcrada irəliləsə, Türkiyə quru sərhədlərini də aça bilər. Türkiyə rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, quru sərhəd qapılarının açılması üçün Ermənistanın qalıcı sülh müqaviləsi imzalaması, Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarını ehtiva edən hüquqi tənzimləmələri aradan qaldırması, konstitusiya və digər qanuni prosedurları yerinə yetirməsi şərtdir. Bu şərtlər yerinə yetirilsə, Ermənistan ilə Azərbaycan arasında sülh təmin edilər və Türkiyə normallaşma prosesinə keçərək quru əlaqələrini bərpa edər.

“Türkiyənin İrəvana müntəzəm hava reyslərinə başlamaq qərarı Ermənistana qarşı xoş niyyət göstəricisi kimi qəbul edilməlidir. Eyni şəkildə, Azərbaycanın Ermənistana yanacaq daşımaları da analoji xoş niyyət addımı idi. Yəni həm Azərbaycandan, həm də Türkiyədən Ermənistana sülh prosesinə doğru əl uzadılır”, – deyə analitik vurğulayıb.


Şərhçi əlavə edib ki, bundan sonrakı gedişat Ermənistanın atacağı addımlardan asılıdır və bu prosesdə qazanan tərəf Ermənistan xalqı və dövləti olar. Bu isə bölgədə sabitlik və sülh üçün yol xəritəsi rolunu oynaya bilər və nəticədə həm Türkiyə, həm Azərbaycan, həm Ermənistan, həm də regionun digər ölkələri qazanclı çıxar.

Qeyd edək ki, Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 All News