Trampdan "unikal" STATİSTİKA: "Tarixin ən sürətli qalib lideriyəm!"

Trampdan "unikal" STATİSTİKA: "Tarixin ən sürətli qalib lideriyəm!"
07.05.2026 19:00 Təhlil

Donald Tramp öz rəsmi hesabından maraqlı bir paylaşım edib: 

“Wow. Study this Chart! President DJT”.

Paylaşımda “Length of Wars”, yəni müharibələrin davam etmə müddətini əks etdirən cədvəl yer alıb. Orada müxtəlif müharibələrin neçə həftə çəkdiyi belə sıralanıb:

Əfqanıstan Müharibəsi — 543 həftə

İraq Müharibəsi — 457 həftə

Vyetnam Müharibəsi — 439 həftə

Amerika Vətəndaş Müharibəsi — 209 həftə

İkinci Dünya Müharibəsi — 196 həftə

Koreya Müharibəsi — 161 həftə

1812-ci il Müharibəsi — 139 həftə

İran Excursion (İran yürüşü) — 6 həftə (bu hissə xüsusi olaraq qırmızı rənglə qeyd edilib)

Bəs Tramp bu rəqəmlərlə, əslində, nə demək istəyir?

İranla bağlı hərbi addımı "müharibə" yox, "excursion" (ekskursiya və ya qısamüddətli səfər) adlandırması xüsusi diqqət çəkir. O, hər şeyin cəmi 6 həftəyə həll edildiyini göstərməyə çalışır. Əfqanıstandakı 543 həftəlik mənzərənin yanına özünün 6 həftəlik nəticəsini qoymaqla "Mən gəldim və problemi dərhal kökündən həll etdim" deyir. 

Tramp, eyni zamanda həm demokratların, həm də respublikaçıların köhnə liderlərini hədəf alır. Bir neçə çıxışında da qeyd etdiyi kimi, onları Amerikanı illərlə bitib-tükənməyən bataqlıqlara sürükləməkdə günahlandırır.

Bəs Trampın İran müharibəsini qeyd etdiyi digər müharibələrlə müqayisə etmək haqqı varmı?

Tarixi müharibələr (Əfqanıstan, İraq, Vyetnam) uzunmüddətli işğal, dövlət qurma, rejim dəyişdirmə və sonra sabitlik saxlama məqsədi daşıyırdı. Bunlar “qalib gəlib çıxmaq”dan çox, uzun müddətli iştirak tələb edirdi. İran məsələsində isə tam işğal, uzunmüddətli qoşun saxlama və ya yeni dövlət qurma məqsədi yoxdur. “6 həftə” rəqəmi özü də şübhəlidir, çünki proses hələ yekuna çatmayıb. 

Əfqanıstan və Vyetnamda ABŞ hərbi cəhətdən güclü idi, amma strateji cəhətdən uduzdu, rejim çökdü, “Taliban” qayıtdı. İraqda hərbi qələbə var idi, amma nəticədə İraqda İran təsiri artdı. İranda isə hələlik tam qələbə yoxdur, rejim yerindədir, nüvə proqramı tam məhv olunmayıb, regionda gərginlik davam edir.

Hərbi və tarixi baxımdan müqayisə çox zəifdir. Fərqli məqsəd və xarakter daşıyan əməliyyatları eyni kateqoriyaya salmaq sadəcə manipulyasiyadır. 

Qiymət Mahir

NEWS FEED
31 JULY 2026
Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 All News