Cənubi Qafqaz sülhün bir addımlığında: İran nədən narahatdır? - SİRRLƏR AÇILDI

Cənubi Qafqaz sülhün bir addımlığında: İran nədən narahatdır? - SİRRLƏR AÇILDI
05.08.2025 17:09 Təhlil

"İran XİN-in mətbuat katibi İsmayıl Bəqainin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarının arxasında dayanan reallıq ondan ibarətdir ki, İran tərəfi bu dəfə Azərbaycana fərqli bir bəhanə ilə təsir etməyə çalışır və bir növ rəsmi Bakı üzərində təzyiq siyasəti həyata keçirmək niyyətindədir".

Siyasi şərhçi Həşim Səhrablı bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Ekspert Bəqainin açıqlamasını Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarla əlaqələndirib:

"Məsələ bundadır ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan rəhbərləri üçüncü tərəf olmadan, ikitərəfli formatda görüş keçirdilər və məlum oldu ki, Cənubi Qafqazda, xüsusilə də Ermənistanla Azərbaycan arasında sülh quruculuğu istiqamətində həqiqi bir niyyət formalaşıb. Çünki sülhün əldə olunması, təkcə uzun illər davam edən münaqişəyə son qoymaqla kifayətlənmir, həm də gələcəyə hesablanan, xüsusilə tranzit layihələrinin əsas keçid nöqtəsi olacaq Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi bir razılaşmanın əldə olunmasına yol aça bilər. Zəngəzur dəhlizi məsələsində ən çox narahat olan tərəf isə hər zaman İran olub. Çünki rəsmi Tehran hesab edir ki, bu layihə Azərbaycanın bölgədəki mövqeyini gücləndirə və onu daha qüdrətli bir dövlətə çevirə bilər. Bu isə İranın milli maraqlarına uyğun deyil".

Analitik Rusiya tərəfinin də narahatlığını izah edib. O bildirib ki, Rusiya Zəngəzur dəhlizinin yalnız öz nəzarəti altında açılmasına tərəfdardır. İndi isə İran və Rusiyanın bir-birinə daha çox möhtac qaldığı, hər iki dövlətin davamlı olaraq zərbələr aldığı bir şəraitdə bu ölkələr tərəfindən Azərbaycana qarşı atılan növbəti antiazərbaycan addımlarının şahidi oluruq.

"Azərbaycan və Ermənistan tərəflərinin ABŞ-dəki görüşü ilə bağlı məlumatların yayılmasından dərhal sonra İran tərəfindən belə bir açıqlamanın verilməsi də göstərir ki, rəsmi Tehran bir daha sülh prosesini pozmağa və bu prosesi öz maraqlarına uyğun şəkildə yönləndirməyə çalışır. Rusiyanın adı İranla birgə hallanır, çünki Cənubi Qafqazda baş verən bu reallıqları artıq nə Rusiya, nə də İran təkbaşına dəyişə bilməyəcəyini anlayır. Ehtimal etmək olar ki, bu iki dövlət koordinasiyalı şəkildə Cənubi Qafqaza müdaxilə etməyə və əllərində qalan az sayda təsir rıçaqlarını birlikdə istifadə etməklə mövcud vəziyyəti dəyişməyə cəhd göstərəcəklər”.

Siyasətçi bu məsələnin dövlətlərarası münasibətlərə təsirindən də bəhs edib:

"Bu isə Azərbaycan-İran münasibətlərində yeni bir çatın yaranmasına səbəb ola bilər. İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra və onun atdığı müsbət addımlar nəticəsində tərəflər arasındakı münasibətlərdə müəyyən yumşalma və inkişaf meyli müşahidə olunurdu. Lakin İranda SEPAH-a bağlı güc mərkəzlərinin pozucu fəaliyyəti hələ də bu münasibətlər üçün ciddi bir təhdid olaraq qalır. Bu təhdid istənilən anda yenidən alovlana bilər və İran rəhbərliyinin xoşməramlı niyyətlərinə baxmayaraq, antiazərbaycan fəaliyyətlərinə start verilə bilər. Bu səbəbdən, Azərbaycan tərəfi təmkinli və ehtiyatlı olmalıdır".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı İsmayıl Bəqainin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib ki, Bəqainin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur.

Ayxan Hacızadənin sözlərinə görə, “Konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycanda saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.

Qiymət Mahir

FOTOLAR

Cənubi Qafqaz sülhün bir addımlığında: İran nədən narahatdır? - SİRRLƏR AÇILDI — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər