Tramp-Putin görüşü: Gözləntilər nələrdir?

Tramp-Putin görüşü: Gözləntilər nələrdir?
07.04.2026 23:26 Təhlil

"Dünyada, xüsusilə Avropada bəzi ölkə rəhbərləri həm xeyirxahlıq, həm də ölkəsinin milli maraqları baxımından mövcud münaqişələrdə vasitəçilik etməyə həvəslə yanaşırlar". 

Bunu politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, bu liderlər arasında Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yer alır və onlar münaqişələrin həllinə töhfə verməyə çalışırlar. 

Analitik vurğulayıb ki, bu cür təşəbbüslər müsbət qiymətləndirilməlidir, lakin təəssüf ki, indiyə qədər nə Macarıstanın, nə də Türkiyənin vasitəçilik səyləri real və konkret nəticələr verməyib. Lakin bu, həmin liderlərin xoş niyyətlərinə kölgə salmır. Xüsusilə Orbanın öz resurslarından istifadə edərək Ukrayna müharibəsinin dayandırılmasına töhfə vermək istəyi diqqətəlayiqdir. 

Ekspert qeyd edib ki, Orbanın Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkil etmək təşəbbüsü maraqlı olsa da, mövcud şəraitdə belə bir görüşün baş tutma ehtimalı olduqca aşağı, hətta yox səviyyəsindədir. Onun fikrincə, Ukrayna məsələsinin ABŞ və Rusiya arasında müzakirəsi və bu danışıqlardan ciddi nəticə əldə olunması da real görünmür.


Politoloq bunun əsas səbəbi kimi tərəflərin mövqelərinin müəyyən mənada üst-üstə düşməsini misal göstərib:  

“Tramp Ukrayna müharibəsinin Rusiyanın xeyrinə yekunlaşmasını istəyir, Putin də eyni məqsədlə torpaq əldə etmək və Ukraynada rejim dəyişikliyinə nail olmaq niyyətindədir. Hənçinin Tramp Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsini dəstəkləyir və eyni zamanda Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətdə qalmasını istəmir". 

Siyasi şərhçi vurğulayıb ki, bu səbəbdən hətta belə bir görüş baş tutsa belə, Ukrayna məsələsində ciddi və ya həlledici nəticələrin əldə olunması ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, hazırkı mərhələdə Ukrayna müharibəsində əsas tərəflər Moskva və Kiyev ilə yanaşı Avropadır və ABŞ bu qarşıdurmada Rusiyaya qarşı duran tərəf kimi çıxış etmir. 


A. Quliyev əlavə edib ki, Tramp-Putin görüşü tamamilə əhəmiyyətsiz olmasa da, kardinal dəyişikliklərə səbəb olmayacaq. O bildirib ki, belə bir görüşdə Ukrayna ilə yanaşı İran məsələsi də gündəmə gələ bilər. Analitik qeyd edib ki, İran Rusiyanın Ukrayna müharibəsində yaxın tərəfdaşlarından biridir və ehtimal olunur ki, Tramp Putindən İrana təsir göstərməyi və ya ona dəstəyi azaltmağı xahiş edə bilər. 

"Orbanın bu istiqamətdəki təşəbbüsü müsbət qiymətləndirilməlidir, lakin bu cür görüşlərin baş tutması avtomatik olaraq ciddi nəticələrin əldə olunacağı anlamına gəlmir və müzakirələr əsaslı dəyişiklik yaratmaya bilər", - deyə politoloq fikrini yekunlaşdırıb.  

Qeyd edək ki, Macarıstan hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Budapeştdə Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə ev sahibliyi etməyə hazırdır.  

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban ABŞ vitse-prezidenti Ceyms Di Vens ilə görüşdən sonra açıqlayıb. 


O xatırladıb ki, Tramp bir vaxtlar Budapeştdə Ukrayna ilə bağlı Rusiya-ABŞ sammitinin keçirilməsini təklif etmişdi və bu, bəlkə də Avropada yeganə uyğun məkan idi. Orban daha sonra bu məsələni Rusiya və ABŞ liderləri ilə müzakirə etdiyini və texniki olaraq Macarıstanın Ukrayna ilə bağlı sülh görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib. 

"Əgər ABŞ və Rusiya sülh sammitini zəruri hesab etsələr, Budapeşt bu görüş üçün məkan təklif etməkdən məmnun olacaq. Biz buna hazırıq", - deyə o əlavə edib. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 JULY 2026
İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 All News