“Təcili təhlükəsizlik danışıqları”: İsrail nə axtarır?

“Təcili təhlükəsizlik danışıqları”: İsrail nə axtarır?
21.11.2025 13:21 Təhlil

Mediada əks olunan məlumatlara görə, İsrailin yüksək rütbəli siyasi və hərbi rəhbərliyi Baş nazir Benyamin Netanyahunun başçılığı ilə Suriyaya səfər edib. 


Səfərin məqsədi bölgədəki vəziyyətlə bağlı məruzələri dinləmək və təhlükəsizlik danışıqlarında yaranmış gərginliyi yerində qiymətləndirmək olub.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, səfərin reallığı hələ tam təsdiqlənməyib:


“Bəzi media orqanları bunu “Netanyahunun Suriya səfəri” kimi təqdim etsələr də, Suriya hökumətinə yaxın mənbələr bu addımı rəsmi şəkildə “qanunsuz işğal” kimi pisləyirlər. Bununla belə, İsrail rəhbərliyinin bu səviyyədə Suriya ilə sərhəd zonasına ziyarəti və “təcili təhlükəsizlik danışıqları” aparması bir neçə mühüm mesaj və strateji niyyət ifadə edə bilər.

Bunlardan biri sərhəd bölgələrində təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlıdır. Netanyahu burada sərhəd qoşunları ilə görüşərək həm müdafiə, həm də hücum qabiliyyətinin gücləndirilməsinin prioritet olduğunu vurğulayıb. Bu, İsrail üçün strateji əhəmiyyət daşıyan Colan yüksəklikləri və sərhədyanı zonalara nəzarətin uzunmüddətli planının tərkib hissəsidir.

Görüşdən dərhal sonra müdafiə naziri İsrael Katzın “biz Hermon dağını tərk etməyəcəyik” bəyanatının yayılması da təsadüfi deyil. Hermon dağı İsrail üçün həm strateji, həm də dini önəm daşıyır. Eyni zamanda İsrail Rusiyanın regiona qayıtmasından sonra dəyişən meydan vəziyyətini diqqətlə izlədiyini və Hermon dağı ilə Colan təpələrinə nəzarəti davam etdirmək niyyətini nümayiş etdirə bilər. Qeyd etmək lazımdır ki, Colan təpələri və Hermon dağı həm Şam üzərində nəzarət, həm də su ehtiyatları baxımından xüsusi strateji əhəmiyyətə malikdir.

Analitik, həmçinin bu prosesin Suriya ilə mümkün yeni danışıqlar mərhələsinin bir hissəsi olduğunu istisna etməyib:


“Təsadüfi deyil ki, bütün bunlar Rusiyanın Suriyaya qayıtması və Şamda vahid HHM sisteminin qurulması xəbərləri, eləcə də Rusiya Prezidenti Putin və Netanyahu arasında telefon danışığı, ardınca Rusiya və Suriya hərbi nümayəndə heyətlərinin görüşlərindən sonra baş verib. Rusiya hərbi heyətinin Suriya tərəfi ilə birlikdə Dera və Quneytra kimi İsrail ilə təmas xəttini ziyarət etməsi də diqqət çəkir”.

K.Sultanlı sonda əlavə edib ki, bütün bu proseslər kompleks şəkildə baş verir və böyük ehtimalla, Suriya ilə bağlı mümkün yeni sövdələşmənin tərkib hissəsi ola bilər.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 All News