HƏMAS-İsrail atəşkəsində GİZLİ TAKTİKA: "Zərbələr həlledici rol oynadı"

HƏMAS-İsrail atəşkəsində GİZLİ TAKTİKA: "Zərbələr həlledici rol oynadı"
15.10.2025 17:38 Təhlil

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramına zərbələr İsraillə HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunmasında həlledici rol oynayıb.

“Düşünürəm ki, bu, həqiqətən də İranın nüvə qabiliyyətini aradan qaldırdığımız zaman başladı. Başının üstündə nüvə silahı olan biri ilə bu müqaviləni bağlaya bilməzdin”, - deyə Tramp qeyd edib.

Doğrudan da İrana zərbəni yalnız HƏMAS-ı sülhə məcbur etmək üçün endirdilər? Yəni İran zərbələri HƏMAS-İsrail atəşkəsinə gedən yolda gizli taktika idimi?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, HƏMAS-ın böyük ölçüdə İran tərəfindən dəstəkləndiyi danılmaz faktdır:


“İran ən ağır iqtisadi böhran dövrlərində belə HƏMAS-ın maliyyə və silah-sursatla təminatında mühüm rol oynayıb. İsraillə HƏMAS arasında baş verən son müharibə zamanı da bu dəstək davam edib. İran üçün HƏMAS “Hizbullah” və digər proksi qüvvələrin İsraillə qarşıdurması, müharibəni öz sərhədlərindən uzaqda saxlamaq baxımından həyati əhəmiyyət daşıyırdı. Lakin İsrail bu qüvvələrin böyük ölçüdə sıradan çıxarılması üçün birbaşa İranın hədəfə alınmasında israrlı idi. Nəhayət, Donald Trampın hakimiyyətə gəlişindən sonra İsrail ABŞ-ni bu zərurətə inandıra bildi. Nəticədə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr müşahidə edildi. İrana zərbələrin HƏMAS-ın sülhə məcbur edilməsinə təsiri oldumu? Təbii ki, oldu. Amma burada digər amillər də rol oynayıb”.

Ekspert izah edib ki, bu amillərin birincisi HƏMAS-ın döyüşçülər arasında böyük itkilər verməsidir. Keçən dövr ərzində liderləri də daxil olmaqla, təxminən iyirmi minə yaxın HƏMAS üzvünün öldürüldüyü bildirilir.


İkincisi, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində dinc əhalinin – qadın və uşaqların ölümü, eləcə də ərzaq və su çatışmazlığı səbəbilə yaranmış humanitar böhrandır. HƏMAS-ın bu vəziyyətin qarşısını almaq imkanları artıq tükənmişdi. Üstəlik, İsrailin bu hərəkətləri beynəlxalq birliyin sərt təpkisi ilə üzləşmişdi. Başqa sözlə, İsrailə qarşı artan beynəlxalq təzyiq fonunda HƏMAS-ın sülh planından imtinası onu “sülh istəməyən tərəf” kimi göstərərək bütün təzyiqi öz üzərinə yönəldəcəkdi.

Üçüncü mühüm amil isə Fələstinin tanınması istiqamətində bir sıra Qərb ölkələrinin atdığı addımlardır. Bu, HƏMAS üçün bir fürsət idi və təşkilat bu fürsətdən mütləq şəkildə istifadə etməli idi.

Nəhayət, Trampın bəyanatı da unudulmamalıdır. O, açıq şəkildə xəbərdarlıq etmişdi ki, HƏMAS sülh planını qəbul etmədiyi təqdirdə, “indiyə qədər görmədiyi bir cəhənnəmlə üzləşəcək”.


R.Bayramovun fikrincə, bütün bu faktorlar onu deməyə əsas verir ki, HƏMAS-ın Trampın sülh planını qəbul etməkdən başqa çıxış yolu yox idi:

“Bununla belə, İrana zərbələrin yalnız HƏMAS-ı sülhə məcbur etmək məqsədi daşıdığını demək düzgün olmaz. Çünki İsrail–HƏMAS arasında sülh əldə olunub-olunmamasından asılı olmayaraq, İrana qarşı əməliyyatların təkrarlanması ehtimalı kifayət qədər yüksək olaraq qalır. Nə qədər ki, İran uranın zənginləşdirilməsindən imtina etmir, bu ehtimal hər zaman real olaraq qalacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 Bütün Xəbərlər