Suriya və İran arasında kompensasiya qalmaqalı: Kim-kimə borcludur?

Suriya və İran arasında kompensasiya qalmaqalı: Kim-kimə borcludur?
06.01.2026 10:04 Təhlil

Suriyanın maliyyə naziri Məhəmməd Yasir Barniya İranın Suriyadan 30–50 milyard dollar tələb etdiyini bildirib, lakin Dəməşqin əksinə, ölkənin dağıdılmasına görə Tehrandan onlarla dəfə çox məbləğdə kompensasiya tələb etməyə hazırlaşdığını açıqlayıb.  Barniya İran hökumətini Bəşər Əsədə dəstək verməklə Suriyanın dağıdılmasında müstəsna rol oynamaqda günahlandırıb.

Maraqlıdır, İranın Suriyaya dəstəyi Suriya üçün hansı ağır nəticələrə səbəb olub.

və Suriya kompensasiya tələbində nə dərəcədə haqlıdır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, Suriya İrana qarşı deyil, kompensasiya tələb etmək isə əsassızdır:


"Bu günə qədər Suriya İrana daha çox kömək edib, nəinki İran Suriyaya. Əgər söhbət Bəşər Əsəd hakimiyyətinin iqtidarda qalmasından gedirsə, bunun məsuliyyətini mövcud Suriya hakimiyyəti daşımır. Çünki mövcud Suriya hakimiyyəti onsuz da Əsəd rejiminə qarşı döyüşüb və kifayət qədər itki verib. Üstəlik, onlar İranın dəstəklədiyi Əsədə qarşı da mübarizə aparıblar. Bu baxımdan, Suriyadan bu məbləğin tələb edilməsi olduqca absurd və gülməlidir".

Analitik qeyd edib ki, İranın hərəkətləri Suriyaya zərər vurub: 

"Yəni kifayət deyilmiş kimi, İranın dəstəklədiyi Əsəd və digər radikal qruplar Suriyaya böyük zərbə vurub. Hələ buna əlavə olaraq, İran ələviləri də bu qrupları dəstəkləyərək onları ayağa qaldırmağa çalışıblar. Bu proses hələ də davam edir. Belə olan halda, bu məbləğin tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. İran keçmiş hakimiyyəti proksi qüvvələri vasitəsilə dəstəkləyibsə, bu, əksinə mövcud hakimiyyətə, yəni dövlətə zərbə vurmaq deməkdir. Belə şəraitdə Suriya tərəfi İrandan kompensasiya tələb edə bilər, əks halda təbii ki, yox". 

 Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News