Sülhə "kölgə salmaq" istəyənlər kimlərdir? - Elxan Şahinoğlu yazır...

Sülhə "kölgə salmaq" istəyənlər kimlərdir? - Elxan Şahinoğlu yazır...
11.11.2025 14:06 Təhlil

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlamentdəki qrup toplantısında çıxış edərkən Türkiyə və Azərbaycanın strateji əməkdaşlığının bəzi dairələri narahat etdiyini bildirib.

MHP lideri qeyd edib ki, Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Bağçalı “münasibətlərə kölgə salmaq istəyənlər” dedikdə hansı dövlətləri nəzərdə tutub?

Aydındır ki, bu nə ABŞ, nə də Rusiyadır. Çünki, Baxçalı sonrakı cümləsində 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamənin Azərbaycan-Ermənistan sülh prosesinə mühüm təkan verəcəyini bildirib. Rusiyaya gəldikdə isə, Bağçalı bir müddət əvvəl Türkiyənin Rusiya və Çinlə üçlü ittifaq qurmasını təklif etmişdi. Yerdə qalır İran və bir qrup Avropa dövlətindən şübhələnmək. Oxşar sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "İctimai Televiziya" kanalına son müsahibəsində deyib. Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının asan olmayacağını deyərək, sözlərinə “əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq” ifadəsini işlədib.

Liderlər diplomatik etiketə görə pozucu dövlətlərin adlarını çəkmədiklərinə görə, bu iş siyasi ekspertlərə qalır. 

Moskva və Tehran Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının əleyhinə olmasalar da, Rusiya və İrandakı bəzi dairələr Cənubi Qafqazda sülhün əleyhinədirlər. Çünki onlar düşünürlər ki, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq olarsa, bölgədə Türkiyə, ABŞ və Avropa İttifaqının rolu artacaq. Bunu isə Rusiya və İrandakı şovinist dairələr istəmirlər.

TodayPress TV 

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News