Sülh üçün yeni ümid – tərəflər Çində görüşdü

Sülh üçün yeni ümid – tərəflər Çində görüşdü
03.04.2026 18:15 Təhlil

Pakistan Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti ilə Çində sülh danışıqları apardığını təsdiqləyib. Danışıqların yeni mərhələsinin təsdiqlənməsi hər iki ölkənin nümayəndələrinin Çinin qərbindəki Urumçi şəhərinə gəlməsindən bir gün sonra baş verib. 


Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Əbdül Qahar Bəlx sosial mediada Çinin xahişi ilə danışıqlarda iştirak etmək üçün ölkəsindən orta səviyyəli nümayəndə heyətinin Urumçiyə gəldiyini açıqlayıb. 

Həmçinin Pakistan Xarici İşlər Nazirliyinin İslamabaddakı rəsmi sözçüsü Tahir Andrabi mətbuat konfransında danışıqların davam etdiyini açıqlayıb. O qeyd edib ki, danışıqların uğuru əsasən Kabildən asılıdır.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışarkən bildirib ki, Urumçi danışıqları regionun təhlükəsizliyi və iqtisadi sabitliyi üçün mühüm hadisədir.


Analitik vurğulayıb ki, Çinin vasitəçiliyi ilə Urumçi şəhərində Pakistan və "Taliban" hökuməti arasında aparılan müzakirələr Pekin, İslamabad və Kabil arasında strateji koordinasiyanın gücləndirilməsi üçün əsas platforma rolunu oynayır. Ekspertin fikrincə, tərəflərin rəsmi açıqlamaları prosesin hazırda kritik mərhələdə olduğunu göstərir.

Siyasi şərhçi əlavə edib ki, danışıqlar üçün məhz Urumçinin seçilməsi Pekinin strateji hədəflərindən xəbər verir:

"Çin bu bölgədə dialoq təşkil etməklə həm Əfqanıstana qonşu olan ərazilərinin təhlükəsizliyini təmin etmək, həm də "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində iqtisadi və nəqliyyat dəhlizlərini qorumaq məqsədi güdür. Lakin əldə olunacaq razılaşmaların icrası birbaşa Əfqanıstanın daxili siyasi vəziyyətindən və "Taliban"ın nümayiş etdirəcəyi mövqedən asılı olacaq".


Y. Bağırzadə qeyd edib ki, Pakistan üçün Əfqanıstanla stabil münasibətlər həm sərhəd təhlükəsizliyi, həm də ticarət və enerji layihələrinin həyata keçirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Çin isə bu prosesdə həm vasitəçi, həm də geosiyasi balans təminatçısı kimi çıxış edərək, ABŞ-nin və digər Qərb aktorlarının regiondakı roluna alternativ güc mərkəzi təqdim edir.

“Pekin regional layihələri və enerji infrastrukturunu qorumaq üçün "Taliban" administrasiyası ilə dialoqu davam etdirir ki, bu da Çinə həm iqtisadi, həm də strateji üstünlüklər qazandırır”, - deyə siyasi analitik izah edib.


Ekspertin sözlərinə görə, danışıqların uğuru "Taliban"ın daxili islahatlar aparmasından və regional təhlükəsizlik üçün açıq siqnallar verməsindən asılıdır. O bildirib ki, nəticələr hələ qeyri-müəyyən qalsa da, Kabildə qəbul ediləcək siyasi qərarlar regionun gələcək strukturunu müəyyən edəcək. Danışıqların uğuru yalnız regionda sülh və stabilliyi təmin etməyəcək, həm də Çinin və Pakistanın Cənubi Asiya və Mərkəzi Asiya siyasətində nüfuzunu artıracaq.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 All News