“Sülh Şurası”nın İLK İCLASI: Azərbaycandan sülhə NÖVBƏTİ DƏSTƏK

“Sülh Şurası”nın İLK İCLASI: Azərbaycandan sülhə NÖVBƏTİ DƏSTƏK
19.02.2026 20:29 Təhlil

“Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh Şurası”na fəal üzv kimi qatılması tezliklə sülhün bərqərar olması istiqamətində Azərbaycanın da payının olmasını təmin etməyə yönəlib”.

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, “Sülh Şurası” ilk növbədə Qəzza üçün böyük əhəmiyyət kəsb edir və bu, humanitar və diplomatik platformadır. Burada humanitar yardım, dialoq və digər məsələlər üçün geniş imkanlar nəzərdə tutulub. Həmçinin davamlı atəşkəsin əldə olunmasına nail olmaq üçün region ölkələrinin və digər dövlətlərin imkanlarından istifadə etmək fürsəti yaranır. 

“Azərbaycan bu platformada üzv ölkələr arasında yer alır və Azərbaycan Prezidentinin “Sülh Şurası”nda iştirakı ölkəmizi qlobal sülh proseslərində aktiv iştirakçı kimi göstərir. Doğrudur, dünyada bu platformaya fərqli baxışlar mövcuddur. Bəzi Qərb liderləri və ekspertlər təşəbbüsün BMT strukturları ilə necə uyğunlaşacağı barədə suallar verirlər. Bu səbəbdən bəzi üzv ölkələr iclasa fəal üzv kimi, digərləri isə müşahidəçi statusunda qatılıblar. Azərbaycan Prezidentinin “Sülh Şurası”na fəal üzv kimi qatılması Yaxın Şərqdə və dünyada münaqişələrin qarşısını almaq məqsədi daşıyır və tezliklə sülhün bərqərar olması istiqamətində Azərbaycanın da payının olmasını təmin etməyə yönəlib. Bu baxımdan Azərbaycan üçün Qəzza məsələsi həm də həssas mövzudur”.   

Ekspertin qənaətincə, Azərbaycanın münaqişə zonasından kənarda dayanaraq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə göstərilən səylərə dəstək verməsi onu göstərir ki, ölkəmizin sülh platformasında iştirakı diplomatik mövqeyini daha da gücləndirir:

“Ölkəmiz ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında iştirak etməklə, xüsusilə Azərbaycan–ABŞ və digər iştirakçı dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanın diplomatik mövqeyini gücləndirən bu platforma regional və qlobal əməkdaşlıq əlaqələrinin qurulması baxımından da siyasi əhəmiyyət daşıyır”.     

Analitik Azərbaycan Prezidentinin “Sülh Şurası” çərçivəsində müxtəlif siyasi və diplomatik dairələrin nümayəndələri ilə görüşlərinə də diqqət çəkib. Onun sözlərinə görə, bugünkü iclasın əhəmiyyəti və ümumilikdə “Sülh Şurası”nın mahiyyəti Qəzza üçün xüsusi vacib hesab olunur və Azərbaycan Prezidentinin bununla bağlı mövqeyi təqdirəlayiqdir.  

Qeyd edək ki, fevralın 19-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 All News