Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ

Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu -  YENİ SSENARİ İŞƏ DÜŞDÜ
31.07.2026 15:59 Təhlil

ABŞ və Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanının neft obyektlərinə və ABŞ qüvvələrinə qarşı həyata keçirilən dron hücumlarından sonra İraqın şərqində İran tərəfdarı silahlı qruplara məxsus olduğu iddia edilən silah anbarlarına və logistika mərkəzlərinə birgə hava zərbələri endirib.

Hadisə regionda gərginliyi yenidən artırıb.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatına görə, iyulun 28-də keçirilən əməliyyat zamanı silah anbarları, logistika mərkəzləri və pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edildiyi ehtimal olunan obyektlər hədəf alınıb.

Vaşinqton və Ər-Riyad vurulan qrupların İran İnqilab Keşikçiləri Korpusu tərəfindən dəstəkləndiyini və onların ABŞ qüvvələrinə, eləcə də Səudiyyə Ərəbistanının enerji infrastrukturuna qarşı hücumlar planlaşdırdığını iddia edib.

Birgə əməliyyat Səudiyyə Ərəbistanındakı neft obyektlərinə qarşı həyata keçirilən dron hücumlarından sonra baş tutub. İraqdakı silahlı qruplar bu ittihamları rədd edib, İran isə hücumlarla heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Son 72 saatda 30-dan çox dron hücumu cəhdi:

CENTCOM-un məlumatına əsasən, İran tərəfdarı silahlı qruplar son 72 saat ərzində ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji obyektlərinə qarşı 30-dan çox dron hücumu həyata keçirməyə cəhd göstərib.

ABŞ ordusu bütün hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini və hərbi obyektlərə ziyan dəymədiyini bildirib.

bistanı Müdafiə Nazirliyi isə iyulun 27-28-də ölkənin Şərq bölgəsi və Ər-Riyaddakı neft obyektlərinə yönələn çoxsaylı pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb.

Rəsmi Ər-Riyad dronların İraq ərazisindən buraxıldığını və onların İranla əlaqəli silahlı qruplar tərəfindən istifadə edildiyini iddia edib.

CENTCOM əlavə edib ki, 2026-cı ilin fevral-aprel aylarında İraqda fəaliyyət göstərən İran tərəfdarı qruplar ABŞ vətəndaşları və hərbi obyektlərinə qarşı 600-dən çox hücum cəhdi həyata keçirib.

Birgə əməliyyat zamanı İraqın şərqində bir neçə obyekt vurulsa da, istifadə edilən döyüş təyyarələrinin tipi və məhv edilən hədəflərin dəqiq sayı açıqlanmayıb.

İraqdakı Həşdi Şabi qüvvələri bəzi rəsmi qərargahların hava zərbələrinə məruz qaldığını, ilkin məlumata görə ölən və yaralananların olduğunu bildirib. Bir sıra binaların və obyektlərin zərər gördüyü qeyd edilib.

Ər-Riyad əməliyyatı qanuni müdafiə adlandırdı:

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Tuğgeneral Türki əl-Maliki əməliyyatın ABŞ ordusu ilə koordinasiya şəraitində həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququndan istifadə edib.

Əl-Maliki vurğulayıb ki, Ər-Riyad regionda gərginliyin artmasında maraqlı deyil, lakin ölkənin ərazisinə, vətəndaşlarına və enerji infrastrukturuna qarşı hücumlara cavab verməyə davam edəcək.

O əlavə edib ki, əməliyyat yalnız İran tərəfdarı qrupların logistika mərkəzləri və silah anbarlarını hədəf alıb və dəqiq zərbələr endirilib.

İraqdakı İran tərəfdarı silahlı qruplar Səudiyyə Ərəbistanına qarşı dron hücumlarında iştirak etmədiklərini bəyan ediblər. Onların bəziləri hücumların Yəməndəki husilər tərəfindən həyata keçirilmiş ola biləcəyini irəli sürüb.

İranın müdafiə sahəsindəki rəsmilərindən biri isə Səudiyyə Ərəbistanına qarşı başqa ölkələrin ərazisindən həyata keçirilən hücumların Tehranla əlaqələndirilməsini rədd edib.

Tehran regiondakı hücumlara görə İranın məsul tutulmasını "böyük hesablam səhvi" adlandırıb.

İraq hökuməti də ölkə ərazisinin qonşu dövlətlərə qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyini açıqlayıb. Bağdad Səudiyyə Ərəbistanının ittihamlarından sonra təhlükəsizlik qurumlarına araşdırma aparılması barədə göstəriş verib.

Neft bazarında qiymətlər yüksəldi:

ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı hədəflərə endirdiyi hava zərbələri Yaxın Şərqdə münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları artırıb.

Əməliyyatdan sonra dünya bazarında neftin qiyməti bir barel üçün 3 dollardan çox bahalaşıb. Qiymət artımına Səudiyyə Ərəbistanının enerji obyektlərinin yenidən hədəfə çevrilə biləcəyi ehtimalı və regionun əsas enerji marşrutlarının təhlükə altına düşməsi ilə bağlı narahatlıqlar səbəb olub.

Hörmüz boğazında artan gərginlik enerji təchizatına dair riskləri daha da artırır. İran İnqilab Keşikçiləri xəbərdarlıqlara əməl etmədiyini iddia etdiyi üç neft tankerini saxladıqlarını açıqlayıb. Lakin bu məlumat hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Hörmüz boğazı qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən beşdə birinin keçdiyi strateji enerji marşrutlarından biridir.

Ekspertlərin qiymətləndirməsinə görə, İraqda hərbi əməliyyatların davam etməsi, İran tərəfdarı qrupların cavab zərbələri endirməsi və ya Səudiyyə Ərəbistanının enerji obyektlərinin yenidən hədəfə alınması neftin qiymətinin, tanker daşımalarının və sığorta xərclərinin daha da artmasına səbəb ola bilər.

Türkiyə üçün əsas risk isə regional gərginliyin enerji idxalı, neft qiymətləri və daşınma xərcləri vasitəsilə ölkə iqtisadiyyatına əlavə yük yaratması hesab olunur.

CENTCOM İranın dəstəklədiyi silahlı qrupları hücumları dayandırmağa çağırıb və yeni hücumlar baş verəcəyi təqdirdə əlavə hərbi əməliyyatların istisna edilmədiyini bildirib.

Yaxın günlərdə diqqət mərkəzində İraqın başladığı araşdırmanın nəticələri, mümkün itkilərin dəqiqləşdirilməsi, İran tərəfdarı qrupların verəcəyi cavab və Səudiyyə Ərəbistanının enerji infrastrukturunun təhlükəsizlik vəziyyəti olacaq.

Jalə Rövşən 

NEWS FEED
31 JULY 2026
Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 All News