Rusiya səfirinin Petrosyanla GİZLİ görüşü: Ermənistanda nə baş verir?

Rusiya səfirinin Petrosyanla GİZLİ görüşü: Ermənistanda nə baş verir?
12.12.2025 18:50 Təhlil

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Paşinyana qarşı olan və müxalifətə keçən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla onun evində görüş keçirib. 


Maraqlıdır, bu görüş Moskvanın Ermənistanda seçkilərə müdaxiləsi kimi başa qiymətləndirilə bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, Moskva bölgədə mövqelərini qorumaq üçün Ermənistan siyasətinə aktiv təsiri gücləndirir: 


"Aydın məsələdir ki, Rusiya qarşıdan gələn Ermənistan parlament seçkilərinə səssiz qalmayacaq. Kremlin Ermənistandakı dayaqları zəifləyib və Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla daha sürətli, daha effektiv addımlar atması Moskvanın maraqlarına uyğun deyil. Rusiya Cənubi Qafqazda birmənalı və davamlı sülhün olmasını istəmir. Çünki gərginlik və münaqişənin davamı Moskvanın regiondakı təhlükəsizlik rolunu daim aktual saxlayır. Buna görə də Kreml təzyiq rıçaqlarını aktiv saxlamaqda maraqlıdır. Onsuz da Azərbaycanda mövqelərini itirən Rusiya, Ermənistanda qalan son təsir imkanlarını da itirmək istəmir". 

Analitik qeyd edib ki, keçmiş liderlər artıq Ermənistanda sosial dəstəkdən məhrumdur və onların geri dönüşü real siyasi təsir yaratmır:


"Paşinyana qarşı keçmiş prezidentlərin və siyasi fiqurların aktivləşdirilməsi isə effektiv variant deyil. Nə Levon Ter-Petrosyan, nə Serj Sarkisyan, nə də Robert Köçəryan bu gün Ermənistanda populyar fiqur ola bilirlər. Onlar artıq Ermənistan siyasi tarixinin keçmiş mərhələsinə aid şəxslərdir. Üstəlik, bu günə qədər davam edən münaqişənin kökündə də məhz həmin şəxslərin yanlış xarici siyasəti dayanır. Belə şəraitdə erməni cəmiyyətinin gələcəyi düşünərək yenidən bu şəxslərə etimad göstərməsi real görünmür. Onlara dəstək verənlər əsasən Rusiyanın ölkədəki “beşinci kolon”udur. Bu qruplar müəyyən təşəbbüslər göstərsələr də, onların təklif edə biləcəyi vədlər nə realdır, nə də mövcud geosiyasi mənzərə ilə uyğun gəlir".  

Ekspert qeyd edib ki, Paşinyan mövqeyini gücləndirib və sülh prosesinin davamı üçün onun hakimiyyətdə qalması həlledicidir: 


"Paşinyanın mövqeləri hazırda kifayət qədər güclüdür. O, həm kilsənin təsirinin məhdudlaşdırılması, həm müxalifətin zəiflədilməsi, həm də radikal qrupların neytrallaşdırılması istiqamətində fəal siyasət aparır. Məqsəd prosesləri sonadək nəzarətdə saxlamaq və Ermənistanın daxili siyasi sabitliyini qorumaqdır. O da anlayır ki, hakimiyyət dəyişikliyi baş verərsə bölgədə sülh sazişinə nail olmaq mümkün olmayacaq. Bu baxımdan Paşinyanın indiki addımları həm Ermənistan üçün, həm də bölgədə sülh prosesinin irəliləməsi baxımından uyğundur. Həmçinin bu məsələ yalnız Paşinyanla bağlı deyil – Azərbaycan da revanşist qüvvələrin hakimiyyətə qayıtmasına razı olmayacaq". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 All News