Rusiya İrəvanı təhdid edir: Ya Rusiya, ya Avropa!

Rusiya İrəvanı təhdid edir: Ya Rusiya, ya Avropa!
05.02.2026 14:59 Təhlil

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun dediyinə görə,  Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa çevrilməsini nəzərə almalıdır. O hesb edir ki, İrəvanın Aİ-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını qəbul etməsi vacibdir. 

Maraqlıdır, Ermənistan hansı addımı atacaq ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Şakir Ağayev deyib ki, Ermənistan həm Avrasiya Blokuna, həm də Avropa Birliyinə meyllidir: 


"Bu məsələ ilk dəfə deyil ki, gündəmə gəlir. Bilirsiniz ki, Ermənistan Avrasiya İqtisadi Blokunun üzvüdür və bu üzvlük onun iqtisadi vəziyyətini möhkəmləndirir. Eyni zamanda, Ermənistan Avropa Birliyi ilə əlaqələr qurmaq və daha dərin inteqrasiya olmaq istəyir".  

Onun sözlərinə görə, Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, Avrasiya İqtisadi Bloku ilə Avropa Birliyinə eyni vaxtda inteqrasiya etmək mümkün deyil. Ermənistan isə həm Avrasiya İqtisadi Blokuna "yox" demir, həm də Avropa Birliyinə yaxınlaşmaq istəyir, hər iki blokdan fayda götürməyə çalışır.

Analitik qeyd edib ki, bu yalnız müəyyən bir dövr üçün mümkündür: 

"Hazırda Ermənistan Avrasiya İqtisadi Blokunun üzvüdür, lakin gələcəkdə Avropa Birliyinə inteqrasiya etmək qərarına gəlsə, mütləq olaraq Avrasiya İqtisadi Blokundan çıxmalı olacaq və ya Rusiya onları çıxaracaq".

Ekspert bildirib ki, Ermənistan iqtisadi vəziyyətini möhkəmləndirib: 


"Heç kimə sirr deyil ki, Avropa Birliyi ilə Rusiya arasında Ukrayna üzərindən hibrid müharibə gedir. Bu şəraitdə Avropa Birliyi artıq Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır, 19-u isə artıq tətbiq olunub. Bu paradoksal bir vəziyyətdir, çünki Rusiya ilə eyni iqtisadi blokda olmasına baxmayaraq, Ermənistan sanksiyalardan yayına bilib və iqtisadi vəziyyətini yaxşılaşdırıb. Keçən il ticarət dövriyyəsi 14 milyard dollara çatıb ki, bu da kiçik Ermənistan üçün böyük rəqəmdir. Avropa Birliyi də buna göz yumub".

Ş.Ağayev qeyd edib ki, bu vəziyyətdə Ermənistanın iki blok arasında qalması mümkün deyil, xüsusilə də Avropa Birliyi ilə Rusiya açıq şəkildə qarşı-qarşıyadır. Avropa Birliyi 2030-cu ilə qədər Rusiyaya qarşı hərbi hazırlıq apardığını gizlətmir, Rusiya da öz mövqeyini açıq şəkildə göstərir. Bu, Ermənistanı seçim etməyə məcbur edir.

Politoloq əlavə edib ki, Ermənistan seçkilərə qədər mövcud balansı saxlayacaq:

"Ermənistanın hər iki blokla münasibəti həm də qarşıdan gələn seçkilərlə bağlıdır. Hazırkı hakimiyyət seçkilərdə qalib gəlmək üçün hər iki tərəfi neytrallaşdırmağa çalışır. Rusiya da Ermənistanı hədələyərək "ya bu, ya o" vəziyyətinə qoyur. Hesab edirəm ki, seçkilərə qədər Ermənistan ciddi bir addım atmayacaq və mövcud manevrlərini davam etdirəcək. Seçkilərdən sonra isə kimin qalib gəlməsindən asılı olaraq qərar veriləcək".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 All News