Ərdoğan-Putin görüşü: Nələr müzakirə olundu?

Ərdoğan-Putin görüşü: Nələr müzakirə olundu?
12.12.2025 18:41 Təhlil

Dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlar bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib. 

Maraqlıdır, Putin–Ərdoğan görüşü Moskva–Ankara münasibətlərini yeni siyasi mərhələyə apara bilərmi? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, Türkiyə sülhün tezliklə bərpasında maraqlıdır:


“Türkiyə regionda, xüsusilə Qara dəniz hövzəsində müharibənin tezliklə bitməsini istəyir. Qara dəniz ölkəsi kimi burada baş verən hərbi toqquşmalar həm Türkiyəyə, həm də qlobal ticarətə mənfi təsir göstərir. Gəmilərin və neft tankerlərinin dronlarla vurulması bölgədə təhlükəni daha da artırır. Ankara Rusiya–Ukrayna müharibəsinin əvvəlindən vasitəçilik edərək mühüm rol oynayıb və müəyyən nəticələrə nail olub”.

Onun sözlərinə görə, bəzi faktorlar Türkiyənin sülh təşəbbüslərini ikinci plana salıb:

“Atəşkəslə bağlı danışıqlarda tərəflər razılığa yaxınlaşsa da, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun müdaxiləsi prosesin pozulmasına səbəb oldu. Daha sonra Trampın vasitəçilik səyləri önə çıxsa da, görünür, Putin bu vasitəçiliyə tam etibar etmir. Bu səbəbdən Türkiyə danışıqların yenidən İstanbulda bərpa olunmasını təklif edir.

Buna baxmayaraq, ABŞ-nin əsas moderator rolunu ələ alması ilə Türkiyənin təşəbbüsləri ikinci plana keçib və danışıqlardan ciddi siyasi nəticə əldə olunmayıb".

N.Miri hesab edir ki, Putinin bu mövzunu qabartmasının məqsədi Türkiyənin Aİ qərarlarına təsir edə bilməyəcəyini bilə-bilə, məsuliyyəti Avropa Birliyinin üzərinə yönəltməkdir. Aİ-nin aktivləri uzun müddət dondurmaq qərarı əsasən Belçikanın arbitraj riskindən qorunmasını hədəfləyir. ABŞ də aktivlərin müəyyən hissəsinin Rusiyaya qaytarılmasına tərəfdardır.

Politoloq bildirib ki, sülhü ləngidən əsas tərəf Aİ yox, atəşkəsdən yayınan Rusiyadır:

“Rusiya bu məsələni danışıqları ləngidən siyasi fon kimi istifadə edir və elə görüntü yaradır ki, guya sülhün əsas maneəsi Aİ-dir. Halbuki reallıq budur: təcavüzkar tərəf Rusiyadır. Avropa və Ukraynanın mövqeyi isə sadədir — cəbhə xəttində kim harada dayanıbsa, orada atəşkəs elan edilsin. Bu təklifi qəbul etməyən yeganə tərəf Moskvadır”.

Ekspert sonda əlavə edib ki, Ərdoğan–Putin görüşü daha çox siyasi görüntü xarakteri daşıyır və Rusiya tərəfinin səsləndirdiyi arqumentləri  bəhanə hesab edir.

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər