Deputat: “TDT-nin genişlənməsi Rusiya və İran üçün siqnal, Türk dünyası üçün isə fürsətdir”

Deputat: “TDT-nin genişlənməsi Rusiya və İran üçün siqnal, Türk dünyası üçün isə fürsətdir”
07.10.2025 11:56 Təhlil

Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bu il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilir.

Maraqlıdır, TDT-ni simvolik birlikdən real siyasi-iqtisadi gücə çevirən hansı məsələlər var?

Üstəlik, TDT-nin genişlənməsi, məsələn, Rusiya və İran üçün təhlükə siqnalı hesab oluna bilərmi?

“Türk Dövlətləri Təşkilatı artıq yalnız simvolik və ya mədəni birlik kimi deyil, konkret siyasi-iqtisadi reallıq kimi formalaşır”. 

Bu sözləri TodayPress TV – yə TDT-nin 12-ci Zirvə Görüşünün əhəmiyyətini şərh edərkən Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

“Azərbaycan və Türkiyənin bu layihədə oynadığı lider rolu digər Türk dövlətləri üçün də strateji nümunədir”

Onun sözlərinə görə, əgər bir neçə il əvvəl bu təşkilatın fəaliyyəti daha çox ortaq tarix, dil və mədəni köklərin qorunması üzərində qurulurdusa, bu gün onun fəaliyyəti real güc balanslarını dəyişdirən praktik addımlarla müşayiət olunur:

“Türk dövlətlərinin ortaq maraqları və strateji məqsədləri artıq söz səviyyəsindən çıxaraq iqtisadi, hərbi və diplomatik əməkdaşlıq platformasına çevrilib. TDT-nin real gücə çevrilməsini təmin edən əsas amillərdən biri Orta Dəhliz və Zəngəzur dəhlizi layihələridir. Bu təşəbbüslər təkcə regional nəqliyyat və ticarət əlaqələrini deyil, həm də Avrasiyanın geosiyasi xəritəsini yenidən formalaşdırır. Çinlə Avropa arasında körpü rolunu oynayan bu dəhlizlər Rusiya üzərindən keçən ənənəvi marşrutlara alternativ yaradır və Türk dövlətlərinin beynəlxalq əhəmiyyətini artırır. Azərbaycan və Türkiyənin bu layihədə oynadığı lider rolu digər Türk dövlətləri üçün də strateji nümunədir”, - deyə o bildirib.

“TANAP və TAP kimi layihələr artıq Qazaxıstan, Özbəkistan və Türkmənistanın da maraq dairəsindədir”

Parlamentari, həmçinin bildirib ki, enerji siyasəti də TDT-nin güc mərkəzinə çevrilməsinin əsas sütunlarından biridir:

“Azərbaycan-Türkiyə əməkdaşlığı ilə formalaşan TANAP və TAP kimi layihələr artıq Qazaxıstan, Özbəkistan və Türkmənistanın da maraq dairəsindədir. Bu əməkdaşlıq türk dünyasının enerji resurslarını vahid strateji sistemə inteqrasiya etməyə, həm də Qərb bazarlarına daha asan çıxış əldə etməyə imkan yaradır. Bu mənada, TDT həm enerji təhlükəsizliyi, həm də enerji diplomatiyası baxımından mühüm aktora çevrilir”.

“TDT-nin “yumşaq güc” mexanizmi onun mədəni dayaqlarına söykənir”

Deputat təşkilatın digər vacib istiqamətlərindən də söz açıb:

“Təşkilatın digər vacib istiqaməti birgə təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Mərkəzi Asiya, Qafqaz və Anadoluda təhlükəsizlik təhdidlərinin artdığı bir dövrdə Türk dövlətlərinin ortaq mövqedən çıxış etməsi regional sabitliyin qorunmasına xidmət edir. Burada məqsəd hərbi blok yaratmaq deyil, amma ortaq maraqlar əsasında koordinasiyalı müdafiə yanaşması formalaşdırmaqdır. TDT-nin “yumşaq güc” mexanizmi isə onun mədəni dayaqlarına söykənir. Türk xalqlarını birləşdirən dil, din, mədəniyyət və tarixi yaddaş faktoru bu təşkilatı digər regional qurumlardan fərqləndirir. Bu baxımdan TDT həm ideoloji, həm mənəvi, həm də sosial legitimliyə malikdir. Bu da onun beynəlxalq miqyasda qəbul olunmasını asanlaşdırır”.

“Rusiya üçün bu birlik postsovet məkanında yeni, Moskvanın təsir dairəsinə alternativ siyasi qütb kimi görünür”

Elnarə Akimova son olaraq TDT-nin güclənməsi fonunda digər dövlətlərin, məsələn, Rusiya və İranın narahatlığı məsələsinə də toxunub.

“Bütün bu proseslər fonunda TDT-nin güclənməsi və genişlənməsi müəyyən dövlətlərdə, xüsusilə Rusiya və İranda narahatlıq doğurur. Rusiya üçün bu birlik postsovet məkanında yeni, Moskvanın təsir dairəsinə alternativ siyasi qütb kimi görünür. Kremlin ənənəvi “yumşaq hegemonluq” modeli Mərkəzi Asiyada getdikcə zəifləyir və TDT bu boşluğu öz inteqrasiya ideyası ilə doldurur. İran üçün isə TDT-nin güclənməsi həm iqtisadi, həm də geosiyasi baxımdan risk yaradır. Zəngəzur dəhlizi ideyası Tehranın regionda tranzit mərkəz statusuna zərbə vurur və İranın Qafqazda siyasi təsir imkanlarını azaldır. Bundan başqa, türk dövlətlərinin ortaq ideoloji xəttinin formalaşması Tehran üçün kimlik və nüfuz məsələsində əlavə çağırışdır. Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni yaxınlığın simvolu deyil, konkret maraqlara əsaslanan və real təsir gücü formalaşdıran siyasi platformadır. Bu platforma Türk dünyasını vahid strateji xəttə cəmləyir, iqtisadi, hərbi və ideoloji koordinasiyanı möhkəmləndirir. TDT-nin inkişafı ilə Avrasiyada yeni güc balansı formalaşır və bu, təkcə Türk xalqları üçün deyil, bütün region üçün yeni siyasi reallığın başlanğıcı deməkdir”, - deyə o fikirlərini yekunlaşdırıb.

Orxan Saffari

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər