Rəhmon görünmür, Yatimov ölkəni tərk edir... — Tacikistanda NƏ BAŞ VERİR?

Rəhmon görünmür, Yatimov ölkəni tərk edir... — Tacikistanda NƏ BAŞ VERİR?
16.02.2026 17:38 Təhlil

Son günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmonun səhhəti və onun yaxın çevrəsindən bəzi yüksək vəzifəli şəxslərin ölkəni tərk etməsi ilə bağlı iddialar yayılıb. 


Bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, prezident təxminən iki həftədir, rəsmi tədbirlərdə və mediada görünmür. O son dəfə yanvarın 28-də təhlükəsizlik orqanları rəhbərləri ilə görüşdə görüntülənib. Tacikistanda prezidentin fəaliyyəti adətən gündəlik işıqlandırıldığı üçün bu fasilə müxtəlif fərziyyələrə, o cümlədən səhhətlə bağlı ehtimallara səbəb olub. Bəzi mənbələr onun İsveçrədə müalicə aldığını bildirirlər.

Prezident Administrasiyası isə yaxın günlərdə bir sıra rəsmi görüşlərin planlaşdırıldığını açıqlayıb və iş qrafikinin əvvəlcədən ictimaiyyətə təqdim olunmamasının adi hal olduğunu bildirib.

Eyni zamanda Emoməli Rəhmonun siyasi keçidi təmin etmək və oğlu, Düşənbə meri Rustam Emoməlini gələcək prezident kimi möhkəmləndirmək niyyətində olduğu iddia edilir. Bildirilir ki, bu məsələ Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə olunub, lakin konkret nəticə barədə məlumat yoxdur. Ölkədə dini aşirətlərin təsiri də mümkün tranzit prosesində mühüm faktor sayılır.

Yayılan xəbərlərdə Dövlət Təhlükəsizlik Xidmətinin sədri Sayminun Yatimovun ölkəni tərk etdiyi, paytaxt Düşənbədə isə mərkəzi dövlət iqamətgahına gedən yolların bağlandığı iddia olunur. Bu barədə də rəsmi açıqlama verilməyib.


Bütün bunlar Tacikistanda mümkün hakimiyyət ötürülməsi ilə bağlı sualları gündəmə gətirir.


Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli 2016-cı ildə Tacikistanda qəbul edilən qanunu xatırladıb:


“2016-cı ilin yanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı Emoməli Rəhmonun qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini qəbul etmişdi. Emoməli Rəhmon 1992-ci ildən Tacikistana rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur. Keçmiş SSRİ məkanında demək olar ki, ən uzun müddət hakimiyyətdə olan dövlət rəhbəridir.

Dünyada baş verən proseslər fonunda Tacikistanda da hakimiyyətin ötürülməsinə start verilməsi mümkün variantdır. Rusiyanın bu coğrafiyada təsir imkanları olduqca böyükdür. Postsovet ölkələrində avtoritar rejimlərin hakimiyyəti ailə üzvlərinə ötürməsi ənənəsi artıq formalaşıb. Bir neçə il öncə bu cür addım Türkmənistanda da atıldı. Bu dəfə, yəqin ki, növbə Tacikistanındır”.

Ekspert bildirib ki, Rustam Emoməlinin hakimiyyət pilləsində irəliləməsi bu qənaəti daha da möhkəm arqumentə çevirir:


“Bununla hakimiyyətin Rustam Emoməliyə ötürülməsi prosesində önəmli addım atılıb. Milli Məclisin yuxarı palatasının sədri seçilməklə o, ölkədə ikinci şəxsə çevrilib. Prezident olan atası Emoməli Rəhmon səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə, dövlət başçısının səlahiyyətləri avtomatik olaraq parlamentin yuxarı palatasının sədri olan Rustam Emoməliyə keçəcək”.

B.Həsənbəyli qeyd edib ki, 68 yaşlı Emoməli Rəhmonun səhhətində ciddi problemlər olması ilə bağlı məlumatlar ötən ildən yayılmağa başlayıb. O düşünür ki, Tacikistan Prezidenti bu addımı ilə hər hansı fors-majorun qarşısını almağı planlaşdırır. Əks təqdirdə, on illərlə qurduğu siyasi və iqtisadi imperiyası ilə bağlı ciddi problemlər qaçılmaz ola bilər. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 All News