Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi

Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi
14.08.2026 15:25 Təhlil

Rusiya Prezidenti Vladimir Putin Kuril adalarının mübahisəli İturup adasına səfər edib. Səfər çərçivəsində Sakit Okean Donanmasının hərbi təlimlərini izləyən Putin hərbi dənizçi forması geyinib, bölgədəki bir sıra müəssisələrə baş çəkib və Yaponiyaya qarşı sərt mesajlar verib.


Yaponiya isə adanı özünün “əzəli ərazisi” hesab edir və bu səfərə etiraz olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu addım iki ölkə arasında 1955-ci ildən bəri davam edən sülh danışıqlarının tamamilə dayandırılması təhlükəsi yaradır.

Putinin mübahisəli Kuril adalarına səfəri, hərbi dənizçi forması geyinməsi və Qərb ticarət gəmilərini ələ keçirməsi təhdidi onu deməyə əsas verir ki, Kreml eskalasiyaya hazırlaşır. Bu başlıqlar bu gün manşetlərdə yer alır. Görünən odur ki, Rusiya çıxılmaz bir vəziyyətə düşüb və yeganə çıxış yolunu münaqişəni qlobal münaqişəyə çevirməkdə görür.

Bəs Azərbaycan olaraq bu ssenariyə hazırıqmı?


Sözügedən məsələ ilə bağlı politoloq Şakir Ağayev TodayPress TV-yə danışıb.

O bildirib ki, bu, gözlənilən məsələ idi:

“Rusiya Kuril adalarını öz ərazisi hesab edir. Putin də orada çıxışı zamanı bildirdi ki, 1945-ci il İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq Kuril adaları beynəlxalq hüquqa əsasən Rusiyanın ərazisidir”.

Ekspert qeyd edib ki, Yaponiya da bu adaları öz ərazisi hesab edir. Məhz buna görə 1945-ci ildən Rusiya ilə Yaponiya arasında diplomatik münasibətlər olsa da, iki ölkə arasında hələ də sülh sazişi imzalanmayıb.

Politoloq vurğulayıb ki, eskalasiya məsələsinə gəlincə, müharibədə gərginlik getdikcə artır:

“Mən dəfələrlə demişəm ki, bu, artıq yalnız Rusiya-Ukrayna müharibəsi deyil, Rusiya ilə Qərb arasında qarşıdurmadır. Burada tərəflərdən biri Qərbin Rusiyanı zəiflətməyə, digəri isə Qərbi zəiflətməyə çalışır. Yəni, burada bir növ tükəndirmə müharibəsi gedir”.

Analitik, Azərbaycanın bütün ssenarilərə hazır olduğunu bildirib:

"Ölkə başçısı da dəfələrlə qeyd edib ki, həm cənubda, həm də şimalda müharibə ocaqları var. Prezidentin köməkçisi, Xarici siyasət məsələləri üzrə şöbənin müdiri Hikmət Hacıyev də bu barədə dəfələrlə danışıb. O, son müsahibəsində Azərbaycanın həm cənubunda, həm də şimalında faktiki olaraq isti müharibənin getdiyini qeyd edib. Azərbaycan dövləti və diplomatiyası bu reallığı nəzərə alır. Bu ssenariyə yalnız indi deyil, müharibə başlayandan etibarən hazırlaşır”.


Ekspert vurğulayıb ki, Azərbaycan həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə vəziyyəti nəzərə alır. Ölkənin həm cənubunda, həm də şimalında müharibə gedirsə və hər iki istiqamətdə istənilən vaxt gərginliyin artması mümkündürsə, təbii ki, Azərbaycan bütün resurslarını buna uyğun şəkildə hazır vəziyyətdə saxlayır.

“Azərbaycan bu müharibələrdə tərəf deyil. Ölkəmiz münaqişələrin diplomatik yolla başa çatmasında maraqlıdır. Bu, həm region, həm də qonşu dövlət kimi Azərbaycanın maraqlarına uyğundur. Müharibələrin danışıqlar və sülh yolu ilə başa çatması bizim üçün daha əlverişlidir. Bu müharibələrin davam etməsi, sözsüz ki, Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün də təhdid yarada bilər. Ona görə də Azərbaycan bütün mümkün variantları nəzərə alır və dövlət olaraq resurslarını hazır vəziyyətdə saxlayır”.

Şakir Ağayev onu da əlavə edib ki, hazırkı mərhələdə bu müharibə Azərbaycan və onun sərhədləri üçün ciddi təhlükə yaratmır:

“Qeyd etdiyim kimi, Azərbaycan bu müharibələrin tərəfi deyil. Ölkəmiz beynəlxalq hüquqdan çıxış edərək müharibələrin sülh yolu ilə başa çatmasının tərəfdarıdır. Arzu edək ki, Azərbaycan üçün də ciddi təhlükə yaranmasın”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan daim müharibələrin diplomatik yolla başa çatmasına çağırır. O qeyd edib ki, ümumiyyətlə, bütün müharibələr sonda diplomatik yollarla başa çatır.

“O ki qaldı, dünyada uzun müddətdir görünməyən, lokal formada III Dünya müharibəsinin getməsinə, hesab edirəm ki, burada əsas məqsəd yeni geosiyasi reallıqlar və yeni maraq dairələri yaratmaqdır. Bu proses böyük dövlətlər dünyanın yenidən bölüşdürülməsi ilə bağlı razılığa gələnə qədər davam edəcək”, – analitik fikrini tamamlayıb.

Jalə Rövşən

PHOTOS

Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi — 1
NEWS FEED
14 AUGUST 2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat 17:35 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 17:22 Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!” 17:39 Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur 16:39 Ukrayna Silahlı Qüvvələri Rusiyanın təhdidinə cavab verdi 16:54 KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır 16:30 Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 All News