Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE

Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE
03.07.2026 13:58 Təhlil

Daxili İşlər Orqanlarının peşə bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətova general-leytenant ali xüsusi rütbəsi verilib.

Süleyman Neymətov kimdir?

Süleyman Əsgər oğlu Neymətov 17 sentyabr 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.

1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1993-cü ildən daxili işlər orqanlarında xidmət edən Süleyman Neymətov əmək fəaliyyətinə Naxçıvan Şəhər Polis Şöbəsində polis nəfəri kimi başlayıb. Daha sonra Daxili İşlər Nazirliyinin Komendant Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində bölük komandiri və rəis müavini, Sumqayıt Şəhər Polis İdarəsində rəis müavini, Quba Rayon Polis Şöbəsində və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində rəis vəzifələrini icra edib.

2022-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Süleyman Neymətova general-leytenant ali xüsusi rütbəsi verilib.

Qiymət Mahir

NEWS FEED
18 AUGUST 2026
Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 All News