PKK-nın tərksilah prosesi: Nələr dəyişəcək?

PKK-nın tərksilah prosesi: Nələr dəyişəcək?
11.07.2025 18:22 Təhlil

“PKK-nın tərksilah prosesi realdır və bu, koordinasiyalı şəkildə həyata keçirilir”. 

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, tərksilah prosesindən bəhs edib:

“PKK lideri Abdullah Öcalan bu barədə konkret video müraciətlə çıxış edərək təşkilatın bütün üzvlərinə və rəhbərliyinə silahların təhvil verilməsini tələb edib. 

Lakin PKK-nın ləğv prosesi yalnız bununla məhdudlaşmır. Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi də bu prosesə cəlb olunub. Bundan əlavə, İraqın mərkəzi hökuməti də bu koordinasiyanın bir hissəsidir. Beləliklə, İraqın  şimalında yerləşən PKK-ya məxsus terror qərargahları və təlim mərkəzlərinin silahların təhvili ilə paralel şəkildə ləğv olunması planlaşdırılır”.  

Ekpsert təxribat riskini də istisna etməyib:

“Terrorun kökündən ləğvi bəzi regional və qlobal güc mərkəzlərinin maraqlarına uyğun deyil. Bəzi Avropa dövlətləri, xüsusilə Fransa və Almaniya dolayısı ilə bu fəaliyyətlərə dəstək verirlər. Məhz bu səbəbdən proses həm həssasdır, həm də mürəkkəbdir. Lakin alternativ yoxdur. Çünki PKK-nın lideri səviyyəsində təşkilatın buraxıldığı elan olunub, konkret müraciət edilib və təşkilatın qurultayında bu barədə qərar qəbul olunub. Bu o deməkdir ki, əgər proses sabotaj edilərsə, Türkiyə bütün silahlı qruplaşmanı məhv etmək hüququna malik olacaq. Belə olan halda heç bir Avropa dövləti insan hüquqları adı altında Türkiyəyə qarşı irad bildirə bilməz. Hüquqi əsas artıq mövcuddur. Əgər silahlar könüllü təhvil verilirsə və silahlı mübarizəyə ehtiyac qalmırsa bu, Türkiyənin mövqeyini gücləndirən əsas məqamdır”.

N.Miri mümkün təhlükədən də söz açıb:

“Bəs təhlükə varmı? Bəli, var. Çünki PKK yalnız Türkiyə və Şimali İraq ərazisində fəaliyyət göstərmir. Onun Suriyadakı qolu da mövcuddur. Bu qrup ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən dəstəklənir.

Məsələnin bir digər tərəfi də İranla bağlıdır. PKK-nın İranda fəaliyyət göstərən PJAK qolu da var və bu qrup zaman-zaman SEPAH tərəfindən Türkiyə əleyhinə alət kimi istifadə olunub.

Bütün bunları nəzərə alaraq demək olar ki, Şimali İraq və Türkiyə ərazisində tərksilah prosesi daha ciddi şəkildə irəliləyə bilər. Lakin Suriyada və İranda silahların könüllü şəkildə təhvil verilməsi daha uzun müddət tələb edəcək və əlavə çətinliklər yaradacaq. Gələcəkdə Türkiyə və Suriya ordularının birgə hərbi əməliyyatlara başlaması ehtimalı da gündəmdədir”.

Qeyd edək ki, iyunun 11-də PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb. Dördü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.

Qiymət Mahir

FOTOLAR

PKK-nın tərksilah prosesi: Nələr dəyişəcək? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Bütün Xəbərlər