Paşinyana YENİ RƏQİB: Simonyan prezident olacaq?

Paşinyana YENİ RƏQİB: Simonyan prezident olacaq?
28.11.2025 17:51 Təhlil

Ermənistan mediası yazır ki, parlamentin sədri Alen Simonyanın siyasi gələcəyi qeyri-müəyyənləşib. “Vətəndaş Müqaviləsi” Partiyasından sızan xəbərlərə əsasən, Simonyan növbəti parlament tərkibində olmayacaq, çünki sıravi deputat kimi qalmağa razı deyil. Bir müddət əvvəl onun prezidentliyə namizəd kimi nəzərdən keçirildiyi iddia edilsə də, Ermənistanın baş naziri Nikol Paşinyanın ona olan məyusluğu – həm şəxsi həyatla bağlı narazılıqlar, həm də yeni siyasi favoritlərin ortaya çıxması – bu ehtimalı gündəmdən çıxarıb.


Maraqlıdır, ətrafında gedən siyasi proseslər və tənqidlər fonunda Simonyanın Prezident olma ehtimalı nə dərəcədə realdır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda seçkiöncəsi dinamika artır: 


"Ermənistan artıq demək olar ki, qarşıdan gələn parlament seçkilərinin ruhunda hərəkət edir və bütün siyasi qüvvələr dinamik bir vəziyyətdədir. Təbii ki, burada pərdəarxasında çox sayda proseslər gedir: danışıqlar, sövdələşmələr, razılaşmalar və sair. Alen Simonyan isə hazırda parlamentin sədri kimi Ermənistanda nisbətən daha praqmatik görünən xadimlərdən biridir. O, müxtəlif çıxışlarında Ermənistan cəmiyyətinin və dövlətinin qonşularla sülh və barışığa hazır olması gərəkliyini vurğulayır".

Onun sözlərinə görə, son günlər Simonyanın səsləndirdiyi bəzi fikirlər diqqət çəkir:

“Azərbaycana getməyə hazıram”, “Azərbaycan parlamentinin sədrini qəbul etməyə hazıram”, “xalqımız arasında alış-veriş olmalıdır”, “sülh şəraiti üçün qarşılıqlı münasibətlər qurulmalıdır” və s. Yəni o, faktiki olaraq kompromisə meyilli siyasətçi təsiri bağışlayır.

Analitik qeyd edib ki, ölkədəki qeyri-stabil mühit seçki nəticəsini əvvəlcədən deməyə imkan vermir: 

"Vətəndaş Müqaviləsi Partiyasının daxilində də görünür ki, yeni cərəyanlar formalaşır və bu mərhələdə “hakim partiya iyun seçkilərində yüz faiz qalib gələcək” demək çətindir. Ermənistan cəmiyyəti elədir ki, istənilən anda terror aktı, dövlət çevrilişi və ya kəskin daxili gərginlik ortaya çıxa bilər. Buna görə də indidən tam qətiyyətlə “Paşinyanın komandası qazanacaq” iddiası irəli sürmək doğru olmaz".

O bildirib ki, hakim partiyada çatlar dərinləşir:


"Bununla belə, mübarizə olacağı şübhəsizdir. Seçkiöncəsi bütün partiyalar elektorat uğrunda fəallaşır və görünür ki, hakim partiyanın daxilində artıq müəyyən çatlar meydana gəlib. Əgər Simonyanın özü və ya partiya daxilindəki mənbələr seçkilərdən sonra onun spiker olmayacağını iddia edirlərsə, deməli, komandada ciddi yerdəyişmələr baş verir. Ehtimal etmək olar ki, Simonyanla Paşinyan arasında müəyyən anlaşılmazlıqlar və ya rəqabət mövcuddur. Kim bu mərhələdə daha ehtiyatlı və ağıllı hərəkət edəcəksə, seçkidən sonrakı dönəm üçün özünə əlavə üstünlük yarada bilər".

Ekspertin fikrincə, Simonyanın prezident postuna namizəd ola bilməsi də real ehtimaldır. Ermənistan parlament respublikasıdır və icra hakimiyyətinin əsas səlahiyyətləri baş nazirin əlində cəmləşib. Prezident isə daha çox simvolik və hüquqi prosedur funksiyalarını yerinə yetirir. Buna görə də Simonyanın bu posta keçməsi mümkündür.

Tofiq Abbasov, həmçinin qeyd edib ki, Paşinyanın təcrübəsi seçkiöncəsi yenilənmiş siyasi planlar təqdim etməyə imkan verir: 

"Proseslər hələ davam edir. Ehtimal etmək olar ki, Paşinyan seçkiöncəsi yeni bir plan, anti-böhran proqramı və ya institusional dəyişikliklərlə bağlı təkliflər irəli sürsün. O, sadəlövh görünsə də, 2018-ci ildən bəri yeddi illik hakimiyyət təcrübəsi ona müəyyən siyasi çeviklik qazandırıb. Səhvləri olub, qeyri-real fikirləri də səsləndirib, amma təcrübə də toplamış şəxsdir. Hüquq-mühafizə orqanlarının ona etimadı və qarşılıqlı inam da onun siyasi dayaqlarından biridir".

Politoloq sonda əlavə edib ki, hazırkı mərhələdə Ermənistanda nisbi seçkiöncəsi sabitlik var. Lakin istənilən anda vəziyyət köklü şəkildə dəyişə bilər. Bu cür dəyişikliklər isə siyasi qüvvələrin manevr imkanlarını və böhrandan çıxma bacarığını ortaya qoyur. Nəticədə proseslərin necə yekunlaşacağı, əsasən, hakim partiyanın davranışından asılı olacaq.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 All News