ABŞ Ticarət Palatası Bakıya niyə gəlib? “Məqsədimiz saziş imzalamaq deyil”

ABŞ Ticarət Palatası Bakıya niyə gəlib? “Məqsədimiz saziş imzalamaq deyil”
10.02.2026 14:46 Təhlil

"ABŞ Ticarət Palatasının nümayəndələrinin ölkəmizə səfəri, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq sisteminin formalaşmasına və mövcud əlaqələrin daha da inkişaf etməsinə kömək edəcəkdir".

Bunu politoloq Elşad Mirbəşiroğlu ABŞ Ticarət Palatasının nümayəndələrinin ölkəmizə səfəri ilə bağlı TodayPress TV-yə  danışarkən deyib. 


Analitik qeyd edib ki, hər şeydən öncə Ticarət Palatasına üzv olan böyük şirkətlərin bir çoxunun  artıq uzun illərdir Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərdiyini vurğulamaq lazımdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüş zamanı qeyd edib.

O, diqqətə çatdırıb ki, Azərbaycan ixrac yönümlü istehsal və qeyri-neft sektoru ilə inkişaf edir: 

"Sözsüz ki, digər böyük şirkətlərin də Azərbaycan iqtisadiyyatına yönəlməsi və sərmayə yatırması ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər. Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyatın hansı sahələrinin inkişaf etdirilməsinin prioritet olduğunu da açıqladı; yəni Azərbaycan əsasən ixrac yönümlü istehsalın gücləndirilməsini hədəfləyir. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, o, Nazirlər Kabinetinə nefti unutmamağı tapşırıb. Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni sənaye və istehsal sahələrinin yaradılmasının prioritet olduğunu göstərir".

Ekspertin fikrincə, ABŞ-dən gələn nümayəndələr üçün bu, bir yol xəritəsi rolunu oynayacaq: 


"Prezident gələcəkdə Azərbaycanın hansı istiqamətlərdə daha çox əməkdaşlığa meylli olduğunu göstərmiş oldu. Azərbaycan üçün prioritet məsələlərdən biri istehlak mallarının xaricdən idxalının azaldılmasıdır. Belə olduqda ölkə iqtisadiyyatı xarici valyutaya asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır".

E.Mirbəşiroğlu səfərin  gələcək əməkdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb: 

"Dünya bazarına çıxarılacaq və tez satılacaq məhsulların istehsalı, eləcə də infrastruktur quruculuğunun sürətlə həyata keçirilməsi ölkəmiz üçün prioritetdir. ABŞ Ticarət Palatasının yaranma tarixi təxminən 20 il olsa da, artıq Azərbaycandakı iqtisadi inkişaf barədə təsəvvürləri mövcuddur. Bu baxımdan nümayəndələrin ölkəmizə gəlməsi, bazarı yaxından müşahidə etməsi, perspektivli sahələri müəyyənləşdirməsi və Prezidentin onları istiqamətləndirməsi gələcəkdə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir".

Politoloqun qənaətincə, neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafına yönələcək: 


"Cənab Prezident həmçinin qeyd etdi ki, yüksək inkişaf səviyyəsinə çatmış ölkələrə diqqət yetirsək, görərik ki, onların neft-qaz potensialı ya zəifdir, ya da heç yoxdur, buna baxmayaraq onlar yüksək inkişaf səviyyəsinə nail olublar. Bizim də məqsədimiz neft-qaz kapitalını qeyri-neft iqtisadiyyatının inkişafına uğurla yönəltməkdir. Beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirdikcə, prioritet sahələrə daha iri həcmdə sərmayələri cəlb etdikcə, qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirəcək və dünya bazarında Azərbaycan brendlərini uğurla reallaşdıracağıq". 

Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev  ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər