Paşinyan Vardanyana niyə sahib çıxmadı? – DETALLAR

Paşinyan Vardanyana niyə sahib çıxmadı? – DETALLAR
15.07.2025 16:18 Təhlil

“Ruben Vardanyan Qarabağa Ermənistanın Baş naziri Nikol Paşinyanı devirmək üçün göndərilmişdi”.

Politoloq Natiq Miri bu fikirləri TodayPress TV-yə açıqlamasında bildirib.

O, Ruben Vardanyanın Qarabağa göndərilməsinin təsadüfi deyil, Rusiyanın siyasi layihəsi olduğunu deyib:

“Ruben Vardanyan Rusiya tərəfindən layihələndirilmiş siyasi fiqurdur. Onun Qarabağa göndərilməsi vaxtilə Robert Köçəryan və Serj Sarkisyanla bağlı tətbiq edilən ssenarini xatırladır. Məqsəd əvvəlcə Qarabağ erməniləri arasında “qəhrəman” obrazı formalaşdırmaq, daha sonra isə həmin fiquru Ermənistana transfer edib, Nikol Paşinyanın hakimiyyətini siyasi yolla əvəzləmək idi”.

Ekspert Vardanyanın Azərbaycana qarşı konkret cinayətlərdə ittiham olunduğunu da xatırladıb:

“O, Azərbaycanın yeraltı və yerüstü sərvətlərini mənimsəməklə yanaşı, separatçı və terrorçu qrupların hazırlanmasında, silahlandırılmasında və onların Azərbaycan dövlətinə, o cümlədən mülki əhaliyə qarşı istifadə olunmasında bilavasitə iştirak edib. Bu faktlar hüquqi sənədlərlə təsdiqlənib və hazırda Vardanyan cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə qarşısındadır”.

Natiq Miri bu kontekstdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa Vardanyanın azadlığa buraxılması ilə bağlı müraciət etməsinin təhlükəli nəticələrə yol aça biləcəyini vurğulayıb:

“Əgər belə bir müraciət həqiqətən baş tutubsa, bu, Azərbaycan-Ermənistan münasibətlərində ciddi etimadsızlıq yaradacaq və sülh prosesinə ciddi zərbə vuracaq”.

Politoloq əlavə edib ki, Paşinyan Vardanyanın kimliyini və missiyasını yaxşı anlayır:

“Paşinyan çox gözəl bilir ki, əgər Vardanyan layihəsi baş tutsaydı, bu şəxs Ermənistanda siyasi çevriliş edəcək və onu hakimiyyətdən uzaqlaşdıracaqdı. Hazırda Ermənistanda çevriliş planlarında adı hallanan milyarder Samvel Karapetyanın həbsi və ətrafında baş verən konsolidasiyanın arxasında da Rusiya dayanır”.

Ekspert Paşinyanın mövqeyini siyasi məntiqlə izah edib. Vurğulayıb ki, belə bir şəraitdə Paşinyanın Vardanyanı azad etmək üçün çalışması özünün devrilməsinə zəmin yaratmaq olardı. O, tərəzinin bir gözündə Ermənistan cəmiyyətini, özünün hakimiyyət maraqlarını, digər tərəfdə isə Ruben Vardanyanı qoyur. Təbii ki, tərəzi Vardanyanın əleyhinə işləməli idi. Ona görə də, Paşinyanın Ruben Vardanyanın ailəsinin müraciətini rədd etməsi tamamilə məntiqlidir və real siyasi davranışdır.

Qeyd edək ki, Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinən Ruben Vardanyanın ailəsi onun azadlığa çıxması üçün Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət etsə də, o, bu müraciəti rədd edib.  ABŞ-dəki erməni diasporu Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqə saxlayaraq prezidentin bu işə qarışmasına nail olub. Daha sonra ABŞ-nin Ermənistandakı səfiri Paşinyana rəsmi məktub yazmağı təklif edib. Lakin Paşinyan Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına zərər verə bilər deyərək bu təklifi rədd edib. Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib.

Qiymət Mahir

FOTOLAR

Paşinyan Vardanyana niyə sahib çıxmadı? – DETALLAR — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər