Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr

Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr
21.07.2026 13:29 Təhlil

Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə etdiyi səfərlər və oradakı fəallığı siyasi kulislərdə ciddi müzakirələrə səbəb olub. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın bu addımlarını və Ermənistanın "Qərbə inteqrasiya" ritorikasını kəskin tənqid edərək, pərdəarxası məqamları barədə danışıb.

Tofiq Zülfüqarov bildirib ki, əgər Nikol Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yönəltmək istəyirsə, onun addımları bunu təsdiqləmir:

“Beləliklə, əgər Baş nazir Nikol Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yönəltmək istəyirsə, bəs niyə o, Ermənistanın yeni geosiyasi prioritetlərini simvolizə etmək üçün Ermənistan–Türkiyə sərhədi boyunca piyada gəzintilər etmir, əvəzində isə mübahisəli Zəngəzurda siyasi alpinizmlə məşğul olur?

Niyə məhz 2020-ci ildəki kapitulyasiyanın yerinə yetirilməmiş yeganə şərti olan məşhur 9-cu bəndin aid olduğu ərazidə?

Axı hamımız anlayırıq ki, bu bəndi yerinə yetirməyi ona Rusiya qadağan edib... Həm də söhbət “üçüncü Rusiyadan” gedir.

“Birinci” Rusiya — işğal olunmuş İrəvan xanlığının xarabalıqları üzərində Erməni vilayətini yaradan Rusiya imperiyası idi.

“İkinci” Rusiya — Azərbaycan Xalq Cümhuriyyətinin işğalından cəmi yeddi ay sonra Zəngəzuru qondarma Ararat Respublikasının qalıqlarına verən bolşevik Rusiyası idi.

“Üçüncü” isə Zəngəlan və Laçın istiqamətində irəliləyən Azərbaycan qoşunlarının qarşısına rus hərbi qüvvələrini göndərən “Putin Rusiyası” oldu. Üstəlik, onlar Ermənistan bayrağını deyil, nümayişkaranə şəkildə Rusiya bayrağını qaldıraraq burada kimin sahib olduğunu göstərirdilər.

Düşünürəm ki, tarixi faktların bir qədər publisistik üslubda təqdim etdiyim bu izahı birmənalı şəkildə göstərir ki, “antirus” Paşinyan obrazı, Qafqaz dağlarının arxasına çəkilməkdə olan imperiyanın son mövqelərini qoruyub saxlamağa çalışan bir mifdən başqa bir şey deyil”.

Qiymət Mahir

PHOTOS

Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr — 1
NEWS FEED
21 JULY 2026
Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 All News