Polşanın yeni prezidenti və Bakı-Varşava xətti: Münasibətlər necə inkişaf edəcək? - Politoloq

Polşanın yeni prezidenti və Bakı-Varşava xətti: Münasibətlər necə inkişaf edəcək? - Politoloq
07.08.2025 13:00 Təhlil

“Karol Navrotskinin Polşa Prezidenti seçilməsi Azərbaycan-Polşa münasibətlərinə müsbət təsir göstərə bilər”. 

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, yeni prezident sağ-mühafizəkar siyasi baxışlara sahibdir və ənənəvi dəyərlərin müdafiəçisi kimi çıxış edir.

“O, “Tramp siyasəti”nin Avropadakı ən parlaq simalarından biri ola bilər. ABŞ Prezidenti Donald Trampın komandası da onun prezidentliyə namizədliyini açıq və qətiyyətli şəkildə dəstəkləmişdi”. 

Analitik diqqətə çatdırıb ki, Karol Navrotski Avropa İttifaqına (Aİ) skeptik yanaşır və Rusiya-Ukrayna müharibəsində özünəməxsus mövqeyi ilə seçilir. Bu baxımdan, Polşa ilə Azərbaycanın bəzi xarici siyasət məsələlərinə yanaşmalarında yeni prezidentin təsiri ilə daha çox ortaq nöqtələr formalaşa bilər. O, Avropada Azərbaycana qarşı qərəzli münasibət göstərən dairələrə qarşı da müxalif mövqe tutur:

“Erməni lobbisinin təsiri ilə formalaşan bu kimi təşəbbüslər artıq Polşa siyasətində əvvəlki kimi qabarıq şəkildə təzahür etməyəcək. Bu da ölkələr arasında münasibətlərin yaxşılaşmasına şərait yaradacaq”, - deyə Z.İbrahimli fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 6-da Polşanın yeni Prezidenti Karol Navrotskinin andiçmə mərasimi baş tutub.

Aysel Mətləb

FOTOLAR

Polşanın yeni prezidenti və Bakı-Varşava xətti: Münasibətlər necə inkişaf edəcək? - Politoloq — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Bütün Xəbərlər