Paşinyan hökuməti son addımları buna görə atır - Natali Aleksanyan

Paşinyan hökuməti son addımları buna görə atır - Natali Aleksanyan
30.01.2026 16:12 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfinə Sədərək–Yerasx dəmir yolu layihəsi ilə bağlı müraciət edib. 


O, regionda gedən proseslərlə bağlı qərarların daha da gecikdirilməməsinin vacibliyinə diqqət çəkib.

Paşinyan bildirib ki, əgər Rusiya tərəfi nəzərdə tutulan investisiyaları həyata keçirməzsə, Ermənistan müvafiq infrastruktur hissələrini öz üzərinə götürərək layihəni müstəqil şəkildə icra edəcək.

Erməni jurnalist Natali Aleksanyan TodayPress TV-yə açıqlamasında Nikol Paşinyan hökumətinin son addımlarının təsadüfi olmadığını bildirib:

“Paşinyan hökumətinin atdığı addımlar spontan bəyanatlar deyil, uzun müddət ərzində formalaşmış dövlət təfəkkürünün nəticəsidir. Bu, nadir hallardan biridir ki, Ermənistan təzyiqlərə reaksiya vermir, əksinə, öz gündəliyini özü formalaşdırır.

Paşinyanın gücü məhz bundadır: o, illər boyu hamının bildiyi, lakin dilə gətirməyə cəsarət etmədiyi bir həqiqəti açıq şəkildə deməyə qərar verən ilk rəhbərlərdən biridir — Ermənistan strateji infrastrukturu başqalarının iradəsindən asılı olduğu halda inkişaf edə bilməz. Yollar, dəmir yolları, kommunikasiya xətləri dövlətin onurğa sütunudur və mövcud hökumət nəhayət onları xarici nəzarət obyekti kimi deyil, suverenliyin aləti kimi dəyərləndirməyə başlayıb”.

N.Aleksanyanın sözlərinə görə, Paşinyan hökumətinin mövcud davranışı siyasi yetkinliyin göstəricisidir:

“Paşinyan hökumətinin bu gün etdikləri siyasi yetkinliyin təzahürüdür. Səs-küy salmadan, isterikasız, ucuz anti-Rusiya şüarları olmadan sadə bir şərt irəli sürülür: ya dəqiq öhdəliklər və vaxt çərçivəsi olan tərəfdaşlıq, ya da Ermənistan müstəqil şəkildə irəliləyir. Bu, güclü dövlətin dilidir”.

Erməni jurnalist Rusiyaya ünvanlanan mesajın mahiyyətinə də toxunub:

“Rusiyaya ünvanlanan mesaj hesablanmış və vaxtında verilmişdir. Heç kim təhqir olunmur, lakin hamı anlayır ki, köhnə mexanizmlər artıq işləmir. Prosesi uzatmaq artıq təsir vasitəsi kimi deyil, imtina kimi qəbul olunur. Hökumət də buna düzgün reaksiya verir”.

N.Aleksanyan xüsusilə Paşinyanın qorxu üzərindən siyasət aparmadığını vurğulayıb:

“Xüsusilə vacib olan odur ki, Paşinyan qorxu üzərindən oynamır. O fikirləşmir ki, Rusiya incisə nə olacaq? O deyir ki, dövlət kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, irəli getməyə borcludur. Bu, müvəqqəti məmurun deyil, liderin düşüncə tərzidir”.   

Onun fikrincə, hökumət regional və geosiyasi dəyişiklikləri də düzgün oxuyur:  


“Hökumət zamanın məntiqini də anlayır. Region dəyişir, geosiyasi mərkəzlər yenidən bölüşdürülür və Ermənistan artıq gözləyən tərəf rolunda qalmağa özünə rəva görə bilməz. Paşinyan təşəbbüsü ələ alır və məhz bu addım illər boyu erməni dövlətçiliyində çatışmırdı”.

Natali Aleksanyan prosesin mahiyyətini belə yekunlaşdırıb:

“Bu, Rusiyaya qarşı mübarizə deyil, asılılığa qarşı mübarizədir. Burada Nikol Paşinyanın və onun komandasının rolu həlledicidir. Tarix bu mərhələdə çox sadə olacaq: ya sən öz ölkəni idarə edirsən, ya da sənin ölkəni başqaları idarə edir. Bu hökumət birinci yolu seçdi. Buna görə də o, şübhə deyil, dəstəyə layiqdir”.

Erməni jurnalist sonda regional proseslərdə siyasi iradənin rolunu da qeyd edib:

“Ayrıca olaraq, nümayiş etdirdikləri siyasi iradəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkürümü bildirirəm. Unutmamaq lazımdır ki, ilk addım hörmətli Prezident İlham Əliyev tərəfindən atıldı — Rusiya qoşunları Qarabağı tərk etdi”. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 All News