"Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri

"Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri
24.07.2026 16:45 Təhlil

İngiltərə Tehrandakı səfirliyini təcili bağlamaq qərarı verib. Bildirilir ki, bəzi Avropa ölkələri də oxşar qərar verməyə hazırlaşırlar.

Maraqlıdır, ingilislər Tehrandakı səfirliyini niyə məhz indi bağlamaq qərarı verdi?

Bu addımın arxasında hansı siyasi və ya hərbi səbəblər dayana bilər?

Sözügedən məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.


O, qeyd edib ki, Böyük Britaniyanın Tehrandakı səfirliyini bağlaması qətiyyən təsadüfi deyil:

"Son baş verən hadisələr belə bir addımın məqsədyönlü və olduqca ciddi məlumatlar əsasında atıldığını göstərir.

Birincisi, son vaxtlar Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi zərbələri intensivləşməyə başlayıb. Digər tərəfdən, Böyük Britaniyada baş nazir dəyişikliyindən sonra rəsmi London və Ağ Ev arasında yeni siyasi dialoq mərhələsi başlayıb. Əvvəlki baş nazir Amerika Birləşmiş Ştatlarının İrana qarşı başladığı hərbi əməliyyatlara qoşulmağa o qədər də həvəs göstərmir, müəyyən məsafə saxlamağa çalışırdı. Ancaq yeni baş nazir Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarının yanında olduğunu daha qabarıq şəkildə nümayiş etdirməyə çalışır".

Analitik xatırladıb ki, Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladıqdan dərhal sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla telefon danışığı aparıb:

"Nə qədər qəribə də olsa, Böyük Britaniyanın Tehrandakı səfirliyini bağlaması məhz Prezident Donald Trampla telefon danışığından sonrakı dövrə təsadüf edir. Belə ehtimal etmək olar ki, Böyük Britaniyanın yeni baş naziri Donald Trampla telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının İrana qarşı daha genişmiqyaslı hərbi zərbələr endirəcəyi barədə müəyyən məlumatlar əldə edib. Məhz buna görə də Böyük Britaniya səfirliyinin və onun əməkdaşlarının zərər görməsinin qarşısını almaq məqsədilə səfirliyi bağlamaq qərarına gəlib. Üstəlik, Prezident Donald Tramp son açıqlamalarında da vurğulayıb ki, İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatlara başlanılması ilə bağlı qərarın verilməsinə çox yaxındır".

Politoloq əlavə edib ki, Böyük Britaniya Amerika Birləşmiş Ştatlarının ənənəvi olaraq ən yaxın müttəfiqlərindən biri kimi, böyük ehtimalla Ağ Evdən bu barədə müəyyən məlumatlar almış ola bilər. Buna görə də İrandakı britaniyalı diplomatların zərər görməsinin qarşısını əvvəlcədən almağa çalışırlar.

"Rəsmi London bu istiqamətdə belə addımlar atırsa, bu, İranla bağlı hərbi əməliyyatların daha da genişlənməsi və intensivləşməsi ehtimalının kifayət qədər yüksək olduğunu göstərir", — ekspert vurğulayıb.

Elçin Xalidbəyli Böyük Britaniyadan əvvəl oxşar addımı digər Avropa ölkələrinin də atdığını xatırladıb:

"Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını İrandan çıxarmışdı. Bu da onu göstərir ki, Avropa ölkələri, o cümlədən Fransa və Böyük Britaniya bu risklə bağlı əvvəlcədən məlumatlandırılıblar. Bu isə yaxın vaxtlarda İran ərazisində, o cümlədən paytaxt Tehran da daxil olmaqla, Amerika Birləşmiş Ştatlarının hərbi zərbələrinin daha genişmiqyaslı və intensiv xarakter ala biləcəyi ehtimalını gücləndirir".

Jalə Rövşən

TodayPress TV

PHOTOS

"Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri — 1
NEWS FEED
24 JULY 2026
Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi 19:49 160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı 19:34 “İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki… 19:26 Kılıçdaroğlu “yarısını itirdi” - Komandası dağılır 19:18 Tramp Netanyahunu Ağ Evə çağırdı - Görüşün tarixi AÇIQLANDI 19:05 Arayik Harutyunyan və digərlərinin apellyasiya şikayətləri ilə bağlı məhkəmədən yeni xəbər 18:58 Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır 18:44 Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi 18:33 Tramp və Zelenski görüşə hazırlaşır - Nələr baş verəcək? 18:24 İspaniyada yanğın nəzarətdən çıxdı: Avropadan TƏCİLİ yardım istənildi - VİDEO 18:09 Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi 18:02 Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu 17:55 “Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 MM ABŞ-də Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirdi 17:18 UEFA-dan ÇSKA – "Qarabağ" matçı ilə bağlı qərar 17:07 Rusiya Slovyanskı bombaladı: Ölənlər VAR 16:59 "Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri 16:45 “KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi 16:37 Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək? 16:30 Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar 16:21 Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi 15:55 All News