Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər?

Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər?
01.07.2026 16:35 Təhlil

Sanksiya təzyiqləri artdıqca dünya iqtisadiyyatında maraqlı bir fenomen müşahidə olunur: iqtisadiyyat da insanlar kimi yeni şəraitə adaptasiya olmağı bacarır. Necə deyərlər, fizikanın fundamental qanunlarından birində olduğu kimi, hər bir kənar təsir öz əks-təsirini və adekvat cavab mexanizmini yaradır.

Bəs sanksiyalar altında olan iqtisadiyyatlar necə ayaqda qalır, necə formalaşır və bu uyğunlaşma prosesinin pərdəarxasında nələr dayanır?


İqtisadçı ekspert, deputat Vüqar Bayramov TodayPress TV-yə açıqlamasında mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, sanksiyalar həmin ölkənin iqtisadiyyatına birbaşa təsir göstərir. O qeyd edib ki, burada fərqli uyğunlaşma mexanizmləri müşahidə olunur. Bəzi hallarda ölkələr sanksiyalara daha qısa müddətdə uyğunlaşır, bəzi hallarda isə bu proses daha çox vaxt tələb edir.

İqtisadçı bildirib ki, bununla bağlı müxtəlif nümunələr mövcuddur:

"İstər Rusiya, İran, Venesuela, Kuba, istərsə də digər bir sıra ölkələrə Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar həmin ölkələrin iqtisadiyyatına, eyni zamanda davranışlarına təsir göstərir. Sözsüz ki, bəzi ölkələr daxili istehsal hesabına iqtisadiyyatda tarazlığı qoruyub saxlamağa çalışırlar. Bəzi ölkələrdə isə tələbin azalmasına uyğun olaraq təklif məhdudlaşdırılır və optimallaşdırılır. Lakin bir sıra ölkələrin təcrübəsi göstərir ki, sanksiyalara uyğunlaşmaq heç də asan deyil. Bəzi hallarda hətta inzibati üsullardan da istifadə olunur. Bu, həm dövlətin, həm də bəzi hallarda cəmiyyətin sanksiyalara uyğunlaşmasını təmin etmək məqsədi daşıyır."

Ekspertin qənaətincə, bütün hallarda sanksiyaların tətbiqi iqtisadiyyat üçün arzuolunan deyil və mənfi təsirlərə səbəb olur: 

"Təbii ki, bəzi ölkələrin iqtisadiyyatları sanksiyalara müəyyən qədər uyğunlaşır. Amma bu uyğunlaşma heç də iqtisadiyyatın inkişaf etməsi anlamına gəlmir. Əslində, sanksiyaların tətbiq olunduğu əksər ölkələrdə qara valyuta bazarının formalaşmasını müşahidə edirik. Ölkəyə valyuta daxilolmalarında kəskin azalmalar baş verir. Hətta vətəndaşların xarici səfərlərində belə məhdudiyyətlər və azalmalar müşahidə olunur. Bu da onu göstərir ki, sanksiyalar bütün hallarda həm iqtisadi, həm də sosial baxımdan həmin ölkələr üçün mənfi nəticələr doğurur."

Jalə Rövşən

PHOTOS

Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? — 1
NEWS FEED
18 AUGUST 2026
Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 All News