ABŞ-Azərbaycan münasibətlərinə yeni nəfəs: Cənubi Qafqazın inkişafı üçün yeni perspektiv

ABŞ-Azərbaycan münasibətlərinə yeni nəfəs: Cənubi Qafqazın inkişafı üçün yeni perspektiv
29.05.2025 16:35 Təhlil

“ABŞ prezidenti Donald Trampın ölkəmizin müstəqilliyi günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təbrikində qeyd etdiyi məqamlar və ardınca da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynsin Bakıya səfəri Azərbaycanın və ümumilikdə regionumuzun Birləşmiş Ştatlar üçün əhəmiyyətindən xəbər verir”. 

Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Tramp hakimiyyəti Baydenin dövründə ABŞ rəsmilərinin yanlış mövqeləri səbəbilə xeyli zərər görən ABŞ-Azərbaycan münasibətlərini bərpa etməyə və bu münasibətlərdə yeni səhifə açmaqda maraqlıdır. 

“Bu, olduqca təbiidir. Belə ki, Azərbaycan ilə ABŞ arasında iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcud olub. Azərbaycan qlobal təhlükəsizliyə verdiyi töhfə ilə uzun bir dövr ərzində Ağ Evin müttəfiqi qismində çıxış edib. 11 sentyabr terrorundan sonra ABŞ-nin formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz bunun bariz sübutudur. Bundan savayı ortada ABŞ-nin özünün Cənubi Qafqaz maraqları da var ki, bu da rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirir”.   

Analitikin fikrincə, Donald Trampın məktubu və Stiv Deynsin səfəri olduqca əhəmiyyətli məqamlarla müşayət oluna bilər. İlk növbədə ona görə ki, 30 ildən artıq bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırkı reallıqlar prizmasından siyasi, iqtisadi və digər məsələlərlə bağlı müzakirələri aktuallaşdırır:   

“ABŞ başa düşür ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Bu isə Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd edir. Bu amil həm də mühüm hissəsi enerji əməkdaşlığından ibarət ABŞ-Azərbaycan münasibətlərinə də yeni nəfəs verə bilər. Avroasiyanın qovşağında yerləşən ölkəmizin qlobal əməkdaşlığın inkişafında açar rolu oynaması da Azərbaycana olan marağı artırıb. Təbii ki, ABŞ ilə ikitərəfli münasibətlərin inkişafı bizim də marağımızdadır. Belə ki, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər”. 

O sonda diqqətə çatdırıb ki, iki ölkə arasında son təmaslar gələcək dövrdə Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanların yaradılmasına kömək edəcək. 

Töhfə Səməd

FOTOLAR

ABŞ-Azərbaycan münasibətlərinə yeni nəfəs: Cənubi Qafqazın inkişafı üçün yeni perspektiv — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər