Nüvə düyməsi, yoxsa... — Tramp və Kim Çen In yenidən üz-üzə

Nüvə düyməsi, yoxsa... —  Tramp və Kim Çen In yenidən üz-üzə
16.03.2026 17:06 Təhlil

Cənubi Koreyanın Baş naziri Kim Min Sokun son açıqlamaları beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub.   


Baş nazirin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən danışıqlar masasına oturmaq imkanı ilə maraqlanıb.

Kim Min Sok qeyd edib ki, bu görüşün təşkili üçün artıq konkret planlar mövcuddur və Prezident Tramp öz köməkçilərinə prosesin texniki detallarını aydınlaşdırmağı tapşırıb. 

Cənubi Koreya tərəfi hesab edir ki, bu mümkün zirvə görüşü yarımadada uzunmüddətli nizamlanmanın əsasını qoya bilər. 

Bəs Kim Çen Inın buna cavabı nə olacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli Trampın Kim Çen Inla münasibətlərinin hələ onun birinci prezidentliyi dövründə mövcud olduğunu bildirib: 


“Hətta onlar görüşmüş, münasibətlərdəki ciddi ziddiyyətlərin aradan qaldırılması ilə bağlı müəyyən müzakirələr aparmışdılar. Nəticə etibarilə bu müzakirələr müsbət sonluqla bitməmişdi. Şimali Koreya dünyanın narahatlıq doğuran coğrafiyalarından biridir. Bu ölkənin mütəmadi olaraq ballistik raketləri, eyni zamanda nüvə silahlarını sınaqdan keçirməsi təkcə ətraf regionda yerləşən dövlətlər üçün deyil, bütövlükdə dünya üçün təhlükə yaradan amillərdən hesab olunur. Trampın Şimali Koreya Prezidenti ilə münasibətlərin qurulması və ya siyasi müstəvidə müzakirələrin aparılması məsələsini gündəmə gətirməsindən sonra Şimali Koreya Prezidentinin ABŞ ilə bağlı və ABŞ-ni təhdid edən bəyanatı yayılmışdı. O bildirmişdi ki, ABŞ İrandan sonra diqqətini Şimali Koreyaya yönəldərsə, buna mütləq cavab veriləcək. Çünki Şimali Koreyanın nəzarətində olan nüvə silahları ABŞ-nin müxtəlif strateji obyektlərinə tuşlanıb və istənilən an ABŞ-ni bu niyyətindən çəkindirmək üçün belə addımlar ata bilərlər”. 

“Şübhəli məqamlar...”


Bakir Həsənbəyli qeyd edib ki, bu cür təhdid dolu bəyanatlardan sonra Trampın Şimali Koreya Prezidenti ilə görüşmək istəyinə müsbət cavab verilməsi müəyyən şübhələr doğurur:   

“Bundan əlavə, Şimali Koreyanın özü üçün müəyyən etdiyi beynəlxalq siyasət xətti var. Daxili siyasətinə və idarəetmə prinsiplərinə toxunmadan qeyd etmək olar ki, qlobal siyasətdə Şimali Koreyanın özünəməxsus mövqeyi və müttəfiq hesab etdiyi dövlətlər mövcuddur. ABŞ isə bu siyahıda deyil. ABŞ ilə hər hansı münasibətin qurulması və ya müzakirələrdə müsbət nəticənin əldə olunması mövcud situasiyada real görünmür. Çünki ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasət yeni dünya düzənində birqütblü dünyanın formalaşdırılması ideyasına əsaslanır və bu modeldə əsas hökmranlığın ABŞ-yə məxsus olması nəzərdə tutulur. Bu prinsipə qarşı çıxan dövlətlər sırasında Şimali Koreya ön sıralarda göstərilir; yəni Çin, İran, Rusiya və Şimali Koreya kimi dövlətlər bu mövqedə olan ölkələrdir. Belə bir şəraitdə Şimali Koreya ilə ABŞ arasında hər hansı məsələdə müsbət nəticənin əldə olunması Şimali Koreyanın on illərdir yürütdüyü anti-Amerika siyasəti ilə uzlaşmır”.

“Trampın Çinə səfəri və mümkün görüş ehtimalı”

Ekspert əlavə edib ki, diplomatik baxımdan müəyyən ehtimallar da nəzərdən keçirilir:


“Baxmayaraq ki, Kim Çen In demək olar ki, beynəlxalq tədbirlərdə iştirak etmir və səfər etdiyi ölkələr əsasən Çin və Rusiya olur, hər hansı beynəlxalq tədbir çərçivəsində müəyyən təmasların baş tutması istisna edilmir. Bu kontekstdə Trampın aprel ayında Çinə ehtimal olunan səfəri çərçivəsində Şimali Koreya Prezidenti ilə görüşü və müəyyən məsələlərin müzakirəsi ehtimalı gündəmə gələ bilər. Lakin Trampın belə bir görüşə maraq göstərməsinin özü də müəyyən suallar doğurur. Çünki hazırda ABŞ–İsrail–İran müharibəsi hələ də davam edir. Bu mərhələdə hər hansı razılıq əldə olunmadığı halda – söhbət ABŞ-nin mütləq üstünlüyü ilə müşayiət olunan razılaşmadan gedir – belə bir razılaşma baş verməsə, Tramp yalnız qalib lider kimi Çinə səfər edə və Çinlə müəyyən razılaşmalar barədə düşünə bilər. Əks halda, Trampın Çinə səfəri də sual altında qalır”.

Siyasətçinin sözlərinə görə, bu səfər baş tutmazsa, Kim Çen Inla başqa bir coğrafiyada görüş məsələsi də hələ ki gündəmdə deyil və ümumiyyətlə belə bir görüş ideya səviyyəsindən kənara çıxmayıb. 

Ekspert, nəticə etibarilə Şimali Koreya ilə Amerika Birləşmiş Ştatları arasında hər hansı bir razılıq olmasının mümkün olduğunu düşünmür.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 All News