Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?

Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?
18.11.2025 14:23 Təhlil

“Rusiya-Hindistan sammitinin üç həftə sonra Yeni Dehlidə keçirilməsi Moskvanın Asiya istiqamətini dirçəltmək cəhdinin növbəti epizodudur”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin uzun fasilədən sonra Hindistana səfər etməklə “biz buradayıq” mesajı vermək istəyir, amma Kremlin regional çəkisi əvvəlki kimi deyil:

“Moskva hələ də Ukrayna müharibəsinin ağır yükündən çıxa bilmədiyi üçün Asiya tərəfdaşlığı onun üçün seçim yox, məcburiyyətə çevrilib. Hindistan isə bu prosesi soyuq başla izləyir, çünki Dehli Moskvanın zəifləməsinin fərqindədir və Rusiya ilə münasibətləri tam əvvəlki intensitetdə saxlamaq istəmir. Baş nazir Narenda Modi hökuməti Qərb bazarlarına daha çox inteqrasiya olunub, buna görə də Rusiyanı həddindən artıq yaxın buraxmaqda tərəddüd edir. Eyni zamanda Hindistanın “çoxvektorlu siyasət” adlanan xətti bəzən həddindən artıq oynaq görünür, nə Vaşinqtondan, nə də Moskvadan tam açıq mesaj almadan özünü regional super oyunçu kimi göstərməyə çalışır. Kremlin də bu qeyri-müəyyənliklə barışmaqdan başqa yolu yoxdur. Buna baxmayaraq, Putin sammitdə iştirak etməyə ciddi hazırlaşır, çünki Hindistan Rusiya üçün həm bazar, həm də diplomatik oksigen rolunu oynayır. Amma Moskva bəzən bu münasibəti artıq “təbii müttəfiqlik” kimi təqdim edir ki, bu da reallığı çox şişirdir. Hindistan isə öz növbəsində bəzən Rusiya ilə tarixi münasibətlərə həddindən artıq nostalji ilə yanaşır və bunu real geosiyasi tələblərlə uzlaşdıra bilmir”.

Ekspertin fikrincə, sammit olsa belə, böyük dönüş gözləmək çətindir. Çünki iki ölkə də qarşılıqlı maraqları etiraf etsə də, strateji sinxronluq əvvəlki dövrdəki kimi möhkəm deyil. 

Buna baxmayaraq T.İsmayılov düşünür ki, Putin səfərə gedə bilər:

“Sadəcə nəticələrin parlaq olacağını gözləmək illüziya olardı”.

Qeyd edək ki, üç həftə sonra Yeni Dehlidə Rusiya-Hindistan sammiti gözlənilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşdə deyib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da Prezident Vladimir Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, hazırda fəal hazırlıq gedir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 All News